PDF Oxu

Dünya

  • 1 698

Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır

Forbes Çin liderinin narahatlıqları barədə məlumat yayıb...

Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır

...Çin Rusiya ilə Şimali Koreya arasında getdikcə daha da yaxınlaşmadan ehtiyat edir, çünki bu, regionda qeyri-sabitliyi artıra və Pekinin beynəlxalq nüfuzuna xələl gətirə bilər.

SİA xəbər verir ki, bu barədə 13 sentyabrda dərc olunmuş Forbes məqaləsində məlumat verilib.

Nəşr qeyd edir ki, Çin lideri Si Cinpin həmçinin Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında əlaqələrin dərinləşməsinin Pekinin Pxenyan üzərində təsirini azaldacağından narahatdır.

Məqalənin müəllifi hesab edir ki, eyni zamanda, Çin Çin, Rusiya və Çimali Koreya arasında rəsmi hərbi ittifaq yaratmaqda maraqlı deyil.

Rusiya Ukraynaya qarşı müharibədə getdikcə Şimali Koreyaya güvənir.

Cənubi Koreya kəşfiyyatının hesablamalarına görə, 2024-cü ilin oktyabr ayından bəri Pxenyan Rusiyaya 16 mindən çox əsgər göndərib və 15 milyondan çox artilleriya mərmisi, eləcə də onlarla KN-23 və KN-24 raketi çatdırıb.

Müqabilində Şimali Koreya Rusiyadan pul və həssas hərbi texnologiyalara, xüsusən də hava hücumundan müdafiə sistemlərinə, dron texnologiyasına və dəniz reaktorlarına çıxış əldə edir.

Pekin həmçinin Rusiyanın köməyinin Şimali Koreyanı daha da güclü edəcəyindən, bunun Pxenyanın daha da təxribatlarına və səhv hesablamalarına səbəb olacağından, ABŞ, Cənubi Koreya və Yaponiya arasında təhlükəsizlik əməkdaşlığını gücləndirəcəyindən, Seul və Tokionu nüvə silahı əldə etməyə sövq edəcəyindən qorxur.

Məqalədə deyilir ki, Çin həmçinin Yalu çayının şimalında qaçqın böhranına səbəb ola biləcək regional münaqişədə maraqlı deyil.

Forbes jurnalının məlumatına görə, son 18 ay ərzində Rusiya və Şimali Koreya nazirlərin iştirakı ilə 23 yüksək səviyyəli səfər həyata keçirib, Çin və Şimali Koreya arasında isə yalnız səkkiz belə səfər olub.

Moskva üçün Pxenyanla əməkdaşlıq əsasən müharibə üçün lazım olan resursları əldə etmək vasitəsidir, Şimali Koreya isə maliyyə gəlirləri və hərbi texnologiya alır.

Lakin Çin üçün bu tərəfdaşlıq fürsətlərdən daha çox çətinlik yaradır, çünki Pekin Şimali Koreya üzərindəki təsirinin bir hissəsini itirmək və daha gözlənilməz qonşu ilə qarşılaşmaq riski daşıyır.

Avqust ayında Putin Moskva və Pxenyan arasındakı münasibətlərin "görünməmiş dərəcədə yüksək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə" çatdığını və tərəflərin "bütün sahələrdə fəal əməkdaşlıq etdiyini" və "regional təhlükəsizlik və sabitliyi təmin etmək" üçün səyləri əlaqələndirdiyini bildirib.

O, həmçinin Çinlə birlikdə "daha ədalətli, həqiqətən demokratik bir dünya nizamı" qurmaq niyyətindən danışıb. Bu, Rusiya prezidentinin bir növ "yeni dünya nizamı"ndan danışdığı ilk dəfə deyil. Ötən ilin iyun ayında o, Çinlə birlikdə belə bir nizamın yaradıldığını elan edib.

Əli Babayev

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?