Dövlətin daxilində “səssiz müharibə” gedir...
...Rusiya hökumətinin daxilində rəqəmsal texnologiyalar inkişaf etdirən məmurlarla cəmiyyət üzərində ənənəvi nəzarət metodlarına üstünlük verən Federal Təhlükəsizlik Xidməti (FTX) arasında gizli mübarizə gedir.
SİA xəbər verir ki, The New York Times bunu ölkənin rəqəmsal infrastrukturunun yaradılmasında iştirak edən bir rusiyalı məmura istinadən yazır.
Rəqəmsal İnkişaf Nazirliyi və digər texnoloji şöbələr Federal Təhlükəsizlik Xidməti ilə, xüsusən də onun siyasi nəzarətdən məsul olan bölməsi ilə münaqişədədirlər.
Təhlükəsizlik qüvvələri dövlət tərəfindən yaradılan rəqəmsal vasitələrdən istifadə edir, lakin özləri onların hazırlanmasında iştirak etməyiblər.
Eyni zamanda, Federal Təhlükəsizlik Xidməti köhnə nəzarət və təzyiq metodlarına üstünlük verir, hətta bunun üçün dövlətin milyardlarla dollar xərclədiyi texnologiyaların söndürülməsi və ya məhdudlaşdırılması lazım olsa belə...
...Dövlətin daxilində səssiz müharibə gedir, - deyə rəsmi bildirib.
Münaqişənin səbəbi təkcə cəmiyyəti idarə etmək üçün fərqli yanaşmalar deyil. Süni intellektin inkişafı Rusiya xüsusi xidmət orqanlarının işini ciddi şəkildə dəyişdirə bilər. Hazırda minlərlə işçi tərəfindən yerinə yetirilən bir çox funksiya gələcəkdə avtomatlaşdırılmış sistemlər tərəfindən ələ keçirilə bilər.
...Federal Təhlükəsizlik Xidməti öz aparatını və təsirini qorumaqda maraqlıdır. Dövlət süni intellekt və rəqəmsal sistemlərə nə qədər çox güvənirsə, təhlükəsizlik qüvvələrinin ənənəvi işinə bir o qədər az ehtiyac var, - müəlliflər yazır. Nəticədə, iki struktur əslində Putinə təsir göstərmək uğrunda rəqabət aparır. Kreml süni intellekt və rəqəmsal platformaların inkişafını sürətləndirməyi tələb edir, eyni zamanda Rusiyanın texnoloji suverenliyində israr edir.
Kreml süni intellekt vasitəsilə cəmiyyəti idarə edə bilən yüksək texnologiyalı bir dövlət yaratmaq istəyir, lakin güc strukturları eyni texnologiyanın tədricən öz aparatlarının lazımsız bir hissəsinə çevriləcəyindən qorxurlar.
Əli Babayev
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?