Təkcə Rusiya təbliğatı ilə mübarizə aparmaq kifayət deyil...
...Qərb Ukraynaya kömək etməklə yanaşı, eyni zamanda Qlobal Cənubda təsir uğrunda Rusiya ilə daha fəal rəqabət aparmalıdır. Burada təkcə Rusiya təbliğatı ilə mübarizə aparmaq kifayət deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Atlantic Council yazır.
Qərb tələbələr, jurnalistlər və dövlət məmurları ilə əlaqələrini genişləndirməli, iqtisadi əlaqələri gücləndirməli və daha çox beynəlxalq konfranslara ev sahibliyi etməlidir.
Burada Azad Avropa/Azadlıq Radiosu, Amerikanın Səsi və Azad Asiya Radiosu əsas rol oynaya bilər.
Onların maliyyələşdirilməsi bərpa edilməli və əməliyyatları genişləndirilməlidir. Onilliklərdir ki, onlar Rusiyanın avtoritar təbliğatına qarşı mübarizə aparmaq üçün əsas vasitələrdən biri olublar.
Müəlliflər yazır ki, "əgər Qlobal Cənubdakı ölkələr yenidən təsir üçün rəqabətli arenalara çevrilərsə, onlara müvafiq münasibət göstərilməlidir".
Qərb həmçinin öz müstəmləkə keçmişini açıq şəkildə müzakirə etməli və eyni zamanda Rusiyanın imperiya siyasətini xatırlamalıdır. Əsrlərdir Rusiya öz hakimiyyətini qonşu xalqların və ərazilərin hesabına, Qafqaz və Sibirdən Orta Asiyaya qədər genişləndirib.
Rusiya tarixinin bu aspekti Qlobal Cənubdakı ölkələrlə danışarkən xüsusilə vacibdir.
Moskvanın mövqeyini zəiflətməyin başqa bir yolu Ukraynanı dəstəkləməkdir. Ukrayna ordusunun uğuru Rusiyanın öz sərhədlərindən kənarda güc nümayiş etdirmək qabiliyyətinə birbaşa təsir göstərir. Moskva hərbi gücdən təzyiq vasitəsi və təhlükəsizlik xidmətləri təklif etdiyi dövlətlərlə münasibətlərdə arqument kimi istifadə edir.
Müəlliflər yazır ki, "Rusiyanın hərbi gücünün zəiflədilməsi onun Qlobal Cənubdakı təsirini sarsıda bilər".
Rusiya ordusu zəiflədikcə və iqtisadi vəziyyət pisləşdikcə, Moskva digər dövlətlərə təsir etmək qabiliyyətini itirəcək. Hərbi və iqtisadi gücü ilə yanaşı, Rusiyanın tərəfdaş kimi cəlbediciliyi də azalacaq.
Bu vəziyyətdə Qərb Qlobal Cənubdakı ölkələrlə iqtisadi, siyasi və informasiya əlaqələri üçün Moskva ilə daha fəal rəqabət aparmalı olacaq.
Əli Babayev
Müharibənin təsirləri ruslar tərəfindən getdikcə daha çox hiss olunur...
Təkcə Rusiya təbliğatı ilə mübarizə aparmaq kifayət deyil...
Tarixçilər rasional bir izahat tapmağa çalışırlar…
Almaniya prokurorluğu “rusları qovmaq” təklifi ilə çıxış edən Avropa Parlamentinin üzvü ilə bağlı araşdırma aparacaq…
Rusiyada vəziyyət ölkə hakimiyyətinin icazə verdiyindən daha mürəkkəbdir...
...bizdə yox ey, Rusiyada
Heç bir sürpriz gözlənilmir…
Lindsi Qremin “cəhənnəm” sanksiyalar qanun layihəsi belə bir səlahiyyət verir…
Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...
Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...
Ukrayna cəbhə xəttindəki ən təhlükəli nöqtələrdən yaralıları xilas etməyin yolunu tapıb...