PDF Oxu

Dünya

  • 2 034

Putinin reytinqi seçkilərdən əvvəl kəskin şəkildə aşağı düşdü...

Müharibənin təsirləri ruslar tərəfindən getdikcə daha çox hiss olunur...

Putinin reytinqi seçkilərdən əvvəl kəskin şəkildə aşağı düşdü...

...Dövlət Duması seçkiləri ərəfəsində Putinin reytinqi kəskin şəkildə aşağı düşdü. Bir il ərzində Rusiya prezidenti müharibə, yanacaq çatışmazlığı və getdikcə daha çox nəzərə çarpan iqtisadi çətinliklər fonunda 13 faizlik dəstəyi itirdi.

SİA-nın əldə etdiyi məlumata görə, Newsweek xəbər verir ki, Kremlin Rusiya şəhərlərindən uzaqda bir yerdə aparacağına söz verdiyi müharibənin nəticələri getdikcə birbaşa adi rusiyalılara zərbə vurur.

Müstəqil Levada Mərkəzinin məlumatına görə, avqust ayında rusların 76 faizi Putini bəyənib. Bir il ərzində onun reytinqi 13 faizlik azalıb.

May ayında VTsIOM daha kəskin bir azalma qeydə alıb - 65,5 faizə qədər ki, bu da tammiqyaslı müharibənin başlanğıcından bəri ən aşağı göstəricidir.

Avqustun sonuna qədər bu rəqəm 66,9 faizə yüksəlib. Müharibə getdikcə rusların gündəlik həyatına nüfuz edir. Ukrayna dronları neft emalı zavodlarına və digər obyektlərə hücum edir və Rusiya bölgələrində benzin və mobil internet xidməti pozulur.

Rusiyalı iqtisadçı Konstantin Sonin Newsweek-ə verdiyi açıqlamada bildirib ki, "Putin populyar deyil; o, hazırda demək olar ki, heç bir ağlabatan namizədə qarşı seçkilərdə qalib gələ bilməzdi".

Lakin qarşıdan gələn seçkiləri əsl siyasi rəqabət adlandırmaq çətindir. Rusiya Ali Məhkəməsi müharibəyə qarşı çıxan "Yabloko" partiyasını partiya siyahısı seçkilərindən kənarlaşdırıb.

Dövlət Dumasında təmsil olunan digər partiyalar əsasən Kremlin əsas qərarlarını dəstəkləyir. Sonin hesab edir ki, "Kreml insanların başqa seçiminin olmaması üçün hər şeyi edib".

Rəsmi olaraq, seçkilər hakimiyyətin sabitliyini və Putinin siyasətinə geniş dəstəyi nümayiş etdirmək məqsədi daşıyır. Lakin, iqtisadi çətinliklər və Rusiya infrastrukturuna hücumlar fonunda aşağı düşən etimad reytinqi Kreml üçün əlverişsiz fon yaradır.

Əli Babayev

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?