ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyasını dəstəkləmək üçün öz təcrübə mübadiləsi proqramlarının bütün potensialından istifadə etmək niyyətindədir.
SİA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 17-də Ermənistan MN-in inzibati kompleksində ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib. ABŞ hərbi idarəsi rəhbərinin köməkçisinin müavini Endryu Lumis Vaşinqtonun müdafiə islahatlarının həyata keçirilməsində İrəvana yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
SİTAT: "ABŞ öz məsləhət proqramlarının, təcrübə mübadiləsinin və digər istiqamətlər üzrə yardım proqramlarının bütün potensialını bu çərçivədə həyata keçirilən ordu transformasiyası proseslərinə sərf edərək Ermənistanda aparılan müdafiə islahatlarını dəstəkləməyə davam edəcək", - məlumatda bildirilib.
Tərəflər müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib və yardım proqramları çərçivəsində gələcək qarşılıqlı fəaliyyətin istiqamətlərini müəyyənləşdiriblər.
ABŞ müasir yanaşmaların Ermənistan Silahlı Qüvvələrinin strukturunun islahatları prosesinə inteqrasiyası üçün mövcud təcrübə mübadiləsi alətlərindən istifadə etməyi planlaşdırır.
Mətləb
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?