Qədim Misir hökmdarı Tutankhamunun məzarının arxasında gizli bir quruluş aşkar edilib. Ehtimal olunur ki, bu quruluş Tutankhamunun ögey anası Kraliça Nefertitinin itirilmiş məzarı ola bilər.
Qədim Misirdə Kral Tutankhamun atası Exnatonun ölümündən sonra hələ uşaq yaşlarında taxta çıxmış, lakin 18 yaşında vəfat etmişdi. Gənc fironun Krallar Vadisindəki məşhur məzarı (KV62) arxeologiya ictimaiyyətində böyük maraq doğuran yeni bir iddia səbəbindən yenidən diqqət mərkəzinə çevrilib. Tədqiqatçılar qabaqcıl geofiziki üsullardan, o cümlədən yerin dərinliyini göstərən radardan (GPR) və mikroqravitasiya ölçmələrindən istifadə edərək KV62 məzarının şimal divarının arxasında eni 2 metr olan bir dəhliz və bir sıra gizli strukturlar aşkar ediblər. Ehtimal olunur ki, Tutankhamunun ögey anası Kraliça Nefertitinin mumiyası və onun dəfn xəzinələri məhz bu ərazidə yerləşə bilər.
Tutankhamunun məzarının memarlıq planının sağa deyil, sola doğru açılması və divar rəsmlərində müşahidə olunan ilkin dəyişikliklər bu tikilinin əslində bir qadın firon üçün nəzərdə tutulduğu barədəki nəzəriyyəni gücləndirir. Bu sirli kompleksin taleyi Misirin Ali Qədim Əsərlər Şurasının verəcəyi qərardan asılıdır. Əgər icazə verilərsə, mumiyası hələ də tapılmamış Kraliça Nefertitiyə aid izləri aşkar etmək məqsədilə divarlarda dəqiqliklə açılmış dəliklərdən içəri kameralar yerləşdiriləcək.
Yeni kəşf, ilk dəfə 2015-ci ildə britaniyalı tədqiqatçı və Qədim Misir mütəxəssisi Nikolas Rivz tərəfindən irəli sürülmüş "saxta divar" nəzəriyyəsini dəstəkləyir. Bu nəzəriyyəyə əsasən, ögey anasının ölümündən sonra qəfil vəfat edən Tutankhamun əslində Nefertiti üçün tikilmiş KV62 məzarlığında dəfn edilib. Məzarlığın giriş hissəsi Tutankhamun üçün yenidən tərtib edilsə də, Nefertitiyə aid olan daha dərin otaqlar tikilmiş bir divarla təcrid olunub.
Tərcümə: Mətanət Məmmədova
Qadağa şirkətin loqosunda qədim yunan bütpərəstliyinə istinad edilməsindən irəli gəlir...
Sankt-Peterburqdan da danışmaq istərdinizmi?
...İlhan Ömər beşinci müddətə yenidən seçilib...
General ABŞ prezidentini Putindən asılı olmaqda ittiham edib...
Kremlin Serbiya, Macarıstan və Rumıniyadakı müttəfiqlərinin məğlubiyyəti Moskvanı Avropadakı dayaq nöqtəsindən məhrum etdi...
Seçicilər Vaşinqtonun işinə yeni yanaşma tələb edirlər...
Rusiyanın işğal olunmuş Ukrayna ərazilərindəki cinayətləri Londonda müzakirə olunub...
Rusiya Federasiyası müharibədə qalib gəlmək üçün 60 dəvəni qurban vermək istəyir...
Pentaqon rəhbəri impiçment elan etdi...
Əsas məsələ iki ay ərzində aydın olacaq...
Putin necə öhdəsindən gələcək?