Cavab hiss olunmalıdır...
...Aİ ölkələri NATO-nun 5-ci maddəsinin tətbiqi şərtlərinə uyğun olmayan Rusiyanın hibrid hücumlarına qarşı birgə cavab mexanizmini müzakirə edirlər.
SİA xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb. Brüssel Aİ ölkələrinə təxribat, kiberhücumlar, yanğın və pilotsuz təyyarə hücumlarından sonra hərəkətlərini əlaqələndirməyə imkan verən xüsusi protokolun yaradılmasını təklif edir.
Bu tədbirlər mövcud prosedurlardan daha tez və səmərəli şəkildə həyata keçiriləcək.
...Əgər hibrid müharibə ilə qarşılaşsaq, hibrid müdafiəyə ehtiyacımız olacaq, - deyə Avropa Müdafiə Komissarı Andrius Kubilius bildirib.
Financial Times-ə görə, Avropa ölkələri bu il bir sıra hadisələri Moskva ilə əlaqələndiriblər.
Bunlara Leypsiq/Halle hava limanına pilotsuz təyyarə hücumu cəhdi, Polşada dəmir yolu infrastrukturunun bombalanması, anbarlara və fabriklərə yanğın hücumları və kiberhücumlar daxildir.
Eyni zamanda, Aİ daxilində yeni mexanizmin paralel qərar qəbuletmə sistemi yarada biləcəyi və NATO ilə əməkdaşlığı çətinləşdirə biləcəyi ilə bağlı narahatlıqlar var.
Bəzi diplomatlar həmçinin başqa bir Avropa protokolunun nə qədər təsirli olacağını da şübhə altına alırlar. Kubilius hesab edir ki, Moskvanın hərəkətlərinə cavab hiss olunmalıdır.
...Rusiya bilməlidir ki, cavablar olacaq və onlar ağrılı ola bilər, - deyə o bildirib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen əvvəllər Avropa təhlükəsizlik mexanizmlərinin yeni reallıq üçün yetərli olmadığını bildirmişdi.
Onun sözlərinə görə, artan təhlükə Aİ-nin kollektiv hərəkətə daha hazırlıqlı olmasını tələb edir.
Əli Babayev
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?