PDF Oxu

Dünya

  • 2 161

Havada kabus: köməkçi pilot kapitanı bıçaqladı

Havada kabus: köməkçi pilot kapitanı bıçaqladı

Sərnişinlər pilotun təyyarəni qəzaya uğratmaq cəhdinin qarşısını alıblar

Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində köməkçi pilotun kapitana bıçaqla hücum edərək təyyarəni qəzaya uğratmağa cəhd etdiyi bildirilir. Sərnişinlər və ekipaj üzvləri müdaxilə edərək mümkün faciənin qarşısını alıblar.

“Reuters”in məlumatına görə, FZ1073 reysi ilə uçan təyyarədə hadisə sentyabrın 30-da baş verib. Təyyarə Dubaydan Təl-Əvivə hərəkət edərkən köməkçi pilot kapitana hücum edib və onu bıçaqlayıb. Hadisədən sonra təyyarə təxminən 4 267 metr – 14 min fut hündürlük itirib və 30 saniyədən az müddətdə kəskin şəkildə aşağı enib.

İsrail rəsmilərinin bildirdiyinə görə, sərnişinlər və ekipaj üzvləri pilot kabinəsinə daxil olaraq hücum edən şəxsi zərərsizləşdiriblər. Yaralanmış kapitan isə kabinənin qapısını açmağa nail olub. Təyyarədə ehtiyat heyətdən olan daha iki “Flydubai” pilotu da olub və onlar idarəetməni öz üzərlərinə götürüblər.

Təyyarə daha sonra Səudiyyə Ərəbistanının Tabuk şəhərindəki hava limanına təhlükəsiz eniş edib. Hadisə zamanı təyyarədə 174 sərnişin olub. Onların böyük əksəriyyətinin İsrail vətəndaşları olduğu bildirilir. Sərnişinlər daha sonra başqa “Flydubai” təyyarəsi ilə Təl-Əvivə çatdırılıblar.

Yaralanan kapitan xəstəxanaya yerləşdirilib. “Reuters” onun xəsarətlərinin həyati təhlükə yaratmadığını, daha sonra əməliyyat olunduğunu və vəziyyətinin stabil olduğunu yazır.

Hadisənin motivi hələlik məlum deyil. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları köməkçi pilotu saxlayaraq dindiriblər. “Flydubai” isə hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirərək vaxtından əvvəl nəticə çıxarılmamasına çağırıb.

Hadisədən sonra İsrail hökuməti ölkəyə uçuş həyata keçirən pilotlarla bağlı təhlükəsizlik yoxlamalarının gücləndiriləcəyini açıqlayıb. İsrail Baş nazirinin ofisinin sözçüsü bildirib ki, bundan sonra ölkəyə uçan pilotların şəxsiyyəti müəyyənləşdiriləcək və onların təhlükəsizlik yoxlamasından keçirilməsi nəzərdən keçiriləcək.

“Reuters” həmçinin qeyd edir ki, hadisədən sonra İsrailə və İsraildən “Flydubai” reysləri araşdırma müddətində dayandırılıb.

Lalə Mehralı

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?