PDF Oxu

Dünya

  • 2 005

Quş qripindən sonra möcüzəvi dönüş: nadir quşların sayı rekord həddə çatdı

Quş qripindən sonra möcüzəvi dönüş: nadir quşların sayı rekord həddə çatdı

İngiltərənin bəzi mühüm dəniz quşu koloniyalarında son illərdəki ciddi geriləmədən sonra bərpa əlamətləri müşahidə olunur. Buna quş qripi, daşqınlar və qeyri-sabit hava şəraiti səbəbindən bir neçə il ərzində ciddi təzyiq göstərilən koloniyaların mühafizəsi üzrə tədbirlərin nəticələri səbəb olub.

“The Guardian” yazır ki, xüsusilə Nortumberlenddəki Long Nanny ərazisində nadir kiçik susüpürənlərin (little tern) sayı rekord həddə çatıb. Burada ən azı 126 cüt quşun yuva qurduğu qeydə alınıb. Bu göstərici ərazidəki əvvəlki rekorddan iki dəfədən çoxdur. Ən azı 82 bala isə yuvadan uçaraq koloniyanı tərk edib.

Kiçik susüpürənlər Böyük Britaniyada nəsli çox azalan dəniz quşlarından biridir. Onlar Qərbi Afrikadan İngiltərəyə köçərək qumlu sahillərdə yuva qururlar. Buna görə builki rekord göstərici mühafizə mütəxəssisləri üçün xüsusi əhəmiyyət daşıyır.

Long Nanny-də arktik susüpürənlərin də vəziyyətində müəyyən sabitlik müşahidə olunub. Bu il burada 730 cüt arktik susüpürənin yuva qurduğu və yuvalarda 1 346 yumurta olduğu müəyyənləşdirilib. Halbuki 2023-cü ildə quş qripi koloniyaya ağır zərbə vurmuş, mühafizəçilər 600-dən çox ölü bala aşkarlamışdılar. Sonrakı illərdə isə güclü yaz qabarma-çəkilmələri və ekstremal hava şəraiti çoxsaylı yuvaların itirilməsinə səbəb olub.

Norfolk bölgəsindəki Blakeney Point ərazisində də müsbət nəticə əldə olunub. Buraya ikiillik fasilədən sonra 1 164 cüt sendviç susüpürəni qayıdaraq yuva qurub. Mütəxəssislər bunu ərazidə tətbiq edilən qoruma tədbirləri ilə əlaqələndirirlər. Burada yırtıcılardan qoruyucu hasarlar quraşdırılıb, quşların yuvaları mühafizə olunur və çoxalma mövsümündə itlərin əraziyə girişinə məhdudiyyətlər tətbiq edilir.

Bununla belə, mütəxəssislər vəziyyətin tamamilə düzəldiyini düşünmürlər. Məsələn, Farne adalarında arktik susüpürənlərin sayı 27 faiz azalıb – 2025-ci ildəki 519 cütdən bu il 377 cütə düşüb. Ötən il beş cütün yuva qurduğu ərazidə bu il adi susüpürənlərdən heç bir cüt qeydə alınmayıb.

“National Trust”ın təbiətin mühafizəsi üzrə rəhbəri Ben Makkarti bildirib ki, nəticələr beynəlxalq əhəmiyyətli quş koloniyalarının düzgün qorunması və idarə olunmasının real nəticə verə biləcəyini göstərir. Bununla yanaşı, o, dəniz quşlarının hələ də dəniz mühitindəki dəyişikliklər, xəstəliklər, dəniz səviyyəsinin yüksəlməsi və qeyri-sabit hava şəraiti kimi təhlükələrlə üzləşdiyini vurğulayıb.

Lalə Mehralı

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?