PDF Oxu

Dünya

  • 1 636

Media: Lukaşenko “Taliban”a silah və dron satır

Hindistan əməliyyatlarda vasitəçi kimi çıxış edə bilər...

Media: Lukaşenko “Taliban”a silah və dron satır

..."Taliban" Lukaşenko rejimindən silah və pilotsuz təyyarələr alır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Əfqanıstan müxalifət telekanalı "Afghanistan International", keçmiş Əfqanıstan təhlükəsizlik rəsmiləri də daxil olmaqla, beş keçmiş yüksək vəzifəli məmura istinadən bildirib.

Onların sözlərinə görə, Hindistan bu əməliyyatlarda vasitəçi kimi çıxış edir və onları maliyyələşdirir, Rusiya isə onlara razılıq verib.

Vaşinqtondakı telekanalın müxbiri Samsama Sirat bu barədə efirdə danışıb. O, son aylarda "Taliban" və Belarus nümayəndələri arasında daha çox səfərlərin olduğunu xatırladıb.

Mənbələr iddia edir ki, bu əlaqələr may və iyun aylarının əvvəlində "Taliban"ın müdafiə naziri Molla Yaqubun Moskvaya səfərindən sonra başlayıb.

Daha sonra o, Rusiya ilə təhlükəsizlik müqaviləsi imzalayıb. Rusiya rəsmiləri bildiriblər ki, müqavilə Əfqanıstanda qalan Rusiya texnikasının təmiri ilə bağlıdır.

Kabildəki "Taliban"a yaxın bir şəxs də telekanala tərəflərin razılığa gəldiyini və bunun Rusiyanın göstərişi və onun koordinasiyası altında baş verdiyini təsdiqləyib.

"Afghanistan International"-ın məlumatına görə, "Taliban" Pakistana qarşı müdafiəsini gücləndirmək üçün dron və silahlara sahib olmaq istəyir: iki ölkə arasında münasibətlər son zamanlar daha da pisləşib.

Müxbir vurğulayır ki, Belarus "heç bir halda" Rusiya ilə koordinasiya olmadan Talibana hərbi texnika, xüsusən də dron satmaz.

...Eyni zamanda, Rusiya Pakistanın müttəfiqidir və jurnalistin sözlərinə görə, Pakistanı "Taliban"la əvəz etməyə hazır deyil. Əgər Pakistanda hücumlar baş verərsə və İslamabad bunu Əfqanıstanda "Taliban"ın himayəsi altında yerləşən qrupların üzərinə atarsa, Moskva bu hücumları pisləyir və terrorizmə qarşı birgə mübarizəyə çağırır.

Lakin, nəzərinizə çatdırırıq ki, Rusiya heç vaxt Pakistanın Əfqanıstana zərbələrini pisləməyib.

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının sənədlərinə görə, "Taliban" terrorçu qruplarla əlaqəlidir, buna görə də onları silahla təmin edən ölkələr daha böyük məsuliyyət daşıyırlar.

Əli Babayev

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?