ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının Amerika və qlobal bazarlara genişmiqyaslı tədarükü ilə bağlı razılığa gəlindiyini açıqlayıb. SİA xəbər verir ki, Ağ ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb və baş tutan danışığı "çox uğurlu" adlandırıb. D. Trampın sözlərinə görə, Rusiya dərhal 300 min tondan çox dizel yanacağı, noyabrda daha 500 min ton, bundan sonra isə əlavə 1 milyon ton tədarük edəcək.
"Bundan əlavə, Rusiyanın neft emalı zavodlarının vəziyyətini nəzərə alaraq, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağı tədarük ediləcək", – ABŞ Prezidenti yazıb.
Tramp əminliyini ifadə edib ki, bu tədarüklər, eləcə də ABŞ-nin Hörmüz boğazı üzərində tam nəzarəti ələ keçirməsi ilə bağlı səsləndirdiyi bəyanat ABŞ-da və bütün dünyada dizel yanacağının qiymətlərinin sürətlə və əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq.
O vurğulayıb ki, amerikalılar, xüsusilə fermerlər, ranço sahibləri və yük maşını sürücüləri üçün yanacağın qiymətinin aşağı salınması onun əsas prioritetlərindən biridir.
"Bu, çox vacib və əhəmiyyətli açıqlamadır. Bundan əlavə, İranın nüvə silahına malik olmayacağını da başa düşmək lazımdır", – Tramp fikrini yekunlaşdırıb.
Mətləb
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?