Almaniyada qadınların da hərbi xidmətə cəlb edilməsi məsələsi gündəmə gəlib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Sky News" mövzu ilə bağlı videoreportaj yayımlayıb.
Məsələ ölkənin müdafiə imkanlarının gücləndirilməsi və hərbi xidmət sisteminin gələcəyi ilə bağlı müzakirələr fonunda gündəmə gətirilib.
Qeyd edək ki, qadınların məcburi hərbi xidmətə çağırılması barədə qərar qəbul olunmayıb. Hazırda məsələ müzakirə mərhələsindədir.
"Sky News"un videoreportajında yalnız qadınların iştirak etdiyi hərbi hazırlıq düşərgəsindən görüntülər təqdim olunub. Jurnalistlər gənc qadınların Almaniyanın yeni hərbi xidmət qaydalarına münasibətini öyrəniblər.
Almaniyada qəbul edilən yeni qaydalara əsasən, 18 yaşlı gənclərə hərbi xidmətlə bağlı sorğu göndərilir. Kişilərin sorğunu cavablandırması məcburidir, qadınların iştirakı isə könüllüdür.
Ölkədə hərbi xidmətə könüllü cəlbetmənin genişləndirilməsi nəzərdə tutulur. Kifayət qədər könüllü olmadığı halda məcburi hərbi xidmətin tətbiqi üçün parlamentin ayrıca qərarı tələb olunur.
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?