PDF Oxu

Dünya

  • 2 638

Ukrayna Kremlin trollarını “söndürdü”

Putinin təbliğatına güclü zərbə...

Ukrayna Kremlin trollarını “söndürdü”

...Müharibənin beş ili keçməsinə baxmayaraq, təbliğatçı Vladimir Solovyov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin uğursuzluğunda kimin günahkar olduğunu soruşmağa davam edir. Ukraynanın İT nəhəngi "Yandex"-in məlumat mərkəzlərinə zərbələrindən sonra o, yenidən araşdırma tələb edir.

SİA-nın əldə etdiyi məlumata görə, Dialog.UA xəbər verir ki, təbliğatçı özünün "Solovyov Live" verilişində ehtiraslı çıxışını edib.

...Hə, SİA xatırladır ki, Vladimir Rudolfoviç,.. Solovyovu deyirəm,.. bununla bağlı dünən yaman hay-həşir salmışdı.

Yuxarıda dediklərim dünən idi, bu gün isə...

Reallıq budur ki, Ukrayna Kremlin informasiya siyasəti və təbliğat alətlərindən birini söndürüb.

Yəni "Yandex" məlumat mərkəzlərinə Ukrayna hücumları nəticəsində son bir neçə gündə Rusiya bot trafiki kəskin şəkildə azalıb.

Bu barədə Tom's Hardware onlayn kompüter nəşri Cloudflare məlumatlarına istinadən məlumat verib. Cloudflare statistikasına görə, "Yandex" şəbəkəsindən bot trafiki son iki həftə ərzində qeydə alınan maksimum HTTP sorğularının 0,4 faizinə düşüb.

Bu göstəricidə ilk əhəmiyyətli azalma 8 oktyabrda, trafik təxminən 57 faizə düşdüyü zaman qeydə alınıb.

Bu, iki superkompüterin yerləşdiyi Ryazan vilayətinin Sasovo şəhərindəki "Yandex" məlumat mərkəzinə edilən hücumdan sonra baş verib.

Daha sonra Sasovadan təxminən 354 km qərbdə yerləşən Kaluqada başqa bir böyük "Yandex" kompleksi söndürülüb. Bu arada, beynəlxalq internet monitorinq təşkilatı NetBlocks, Yandex Cloud-un şəbəkə trafikinin normal səviyyələrin 30 faizinə, "Yandex OOO"-nun isə 63 faizinə düşdüyünü bildirib.

Bu, çox güman ki, ruslar üçün internet xidmətlərinə çıxışın yavaşlamasına və ya tamamilə kəsilməsinə səbəb olacaq.

Əli Babayev

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?