ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi etirazlara münasibət bildirərək ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti Fransada yaranmış vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib.
"Fransa yanır! Tamamilə fərqli dünyadan gələn, qəlbləri nifrətlə dolu insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni darmadağın edib. Çox gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün!", – Tramp bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.
Aksiya təşkilatçılarının məlumatına görə, etirazlarda 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib.
Bir sıra şəhərlərdə nümayişlər iğtişaşlara və polislə qarşıdurmalara çevrilib. Ölkə üzrə 1800 nəfərin saxlanıldığı bildirilib.
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?