PDF Oxu

Dünya

  • 2 803

Nazirin hərbi sənaye sahəsindəki fəaliyyəti açıqlanıb

Nazirin hərbi sənaye sahəsindəki fəaliyyəti açıqlanıb

İran parlamenti Mehrdad Əxlaqi Kitabçini ölkənin yeni müdafiə naziri vəzifəsinə təsdiqləyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 68 yaşlı Kitabçinin namizədliyini 237 deputat dəstəkləyib, 15 deputat isə əleyhinə səs verib.
Yeni nazir İranın müdafiə sənayesi, ballistik raketlər və aerokosmik texnologiyalar sahəsində uzunmüddətli təcrübəyə malikdir. Prezident Məsud Pezeşkianın sözlərinə görə, Kitabçi Müdafiə Nazirliyində və əlaqədar qurumlarda 42 ildən çox çalışıb.

O, əvvəllər "Şəhid Bağeri" Sənaye Qrupuna, Aerokosmik Sənaye Təşkilatına və Müdafiə Sənayesi Təşkilatına rəhbərlik edib. Məlumata görə, Kitabçi İranın "Seccil" və "Zülfüqar" ballistik raketlərinin, eləcə də yüksək dəqiqlikli silahların hazırlanmasında iştirak edib.

ABŞ və BMT tərəfindən sanksiyalara məruz qalan yeni nazirin əsas vəzifəsi İranın zərbələr nəticəsində zədələnmiş hərbi sənaye infrastrukturunun bərpası və genişləndirilməsi olacaq.

Kitabçinin prioritetləri arasında hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi, yeni hərbi texnologiyaların tətbiqi, raket və dron istehsalının artırılması da var.

O, müdafiə naziri kimi ilk açıqlamasında ABŞ-yə xəbərdarlıq edərək İrana qarşı yeni hücumların cavabsız qalmayacağını bildirib.

Qeyd edək ki, İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevralın 28-də ABŞ və İsrailin hərbi zərbələri nəticəsində həyatını itirib. Bundan sonra nazir vəzifəsini müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edib. O, yeni nazirin müavini olacaq.

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?