PDF Oxu

Dünya

  • 590

20 illik dostu tərəfindən xəyanətə uğradı: Avstraliyalı deputatdan kədərli xəbər

20 illik dostu tərəfindən xəyanətə uğradı: Avstraliyalı deputatdan kədərli xəbər

Avstraliya parlamentinin 65 yaşlı üzvü Helen Heyns ilə bağlı kədərli xəbər yayılıb. O, nəqliyyat vasitələrindən birinin digərinin üzərinə qəsdən sürülməsi nəticəsində iki avtomobil arasında sıxılıb qalıb.

Viktoriya ştatının kənd bölgəsində baş verdiyi iddia edilən qəsdən hücum nəticəsində ağır xəsarət alan federal parlament üzvü Helen Heynsin həyat yoldaşı, onun ikinci ayağının da amputasiya olunduğunu təsdiqləyib. Çərşənbə axşamı yayılan açıqlamada əvvəlcə Heynsin yalnız bir ayağını itirdiyi bildirilmişdi.

Melburndakı "The Alfred" xəstəxanasının qarşısında verdiyi açıqlamada Fil Heyns mətbuata narahatedici hadisələr barədə məlumat verdi. Bütün sarsıdıcı xəbərlərə baxmayaraq, o, həyat yoldaşının sağ olduğunu və vəziyyətinin sabit qaldığını bildirdi – onun sözlərinə görə ailələri üçün ən vacib məqam da məhz budur.

Həyat yoldaşını mehriban və fövqəladə dərəcədə ağıllı bir qadın kimi təsvir edən Fil Heyns onun əzmkarlığının qarşıdakı çətin aylarda həlledici rol oynayacağını qeyd etdi. Heyns bazar ertəsi baş verən hücumdan bəri ailəyə göstərilən dəstəyə görə təcili yardım əməkdaşlarına, xəstəxana heyətinə və ictimaiyyətə minnətdarlığını bildirdi. O, xoş arzularını çatdırmaq istəyənlərdən gül göndərmək əvəzinə "Save the Children" təşkilatına ianə etmələrini xahiş etdi.

“Milliyyet” yazır ki, Heyns və həyat yoldaşı, 1986-cı ilin noyabrında baş tutan toy günlərindən cəmi bir neçə həftə sonra evliliklərinin 40-cı ildönümünü qeyd edəcəkdilər. Bildirilir ki, bazar ertəsi baş verən dəhşətli hadisədən sonra saxlanılan sürücü 43 yaşlı Brendan Nücentdir. Bu faktı daha da diqqətçəkən edən məqam isə onun və Heynsin 20 ildən çoxdur dost olmalarıdır. Avstraliyanın Daxili İşlər Naziri Toni Berkin şahid ifadələrinə əsasən verdiyi məlumata görə, ağ rəngli "Toyota LandCruiser" markalı avtomobili idarə edən hücumçu əvvəlcə Heynsin dayandığı yerin yanından keçib, daha sonra geri dönərək parlament üzvünü başqa bir nəqliyyat vasitəsinə sıxıb.

Avstraliyanın Baş naziri Entoni Albanizi hücumun qəsdən həyata keçirildiyini bildirib və istintaqa terrorla mübarizə bölmələrinin də cəlb olunduğunu açıqlayıb.

Viktoriya Polis Komissarı Mayk Buş avstraliyalılara müraciət edərək, apardıqları araşdırmalar zamanı "heç bir ehtimalın istisna olunmadığını", o cümlədən terrorizm və qətl ilə bağlı ittihamların da nəzərdən keçirildiyini bildirib.

Məlumata görə, Nacent ciddi xəsarətlə nəticələnən təhlükəli avtomobil idarəetməsi, qəsdən ağır bədən xəsarəti yetirmə və dövlət rəsmisinə xəsarət yetirmə ittihamları ilə mühakimə olunacaq.

Digər xəbərlər

Amerikalı mühafizəkarlar seçim etmək məcburiyyətində qalırlar
Amerikalı mühafizəkarlar seçim etmək məcburiyyətində qalırlar

Ukrayna tərəfdarı sağçılar ABŞ prezidentinin siyasəti üçün əsaslandırmaları tükənməkdədir...

ABŞ Senatorları Maskdan izahat tələb edirlər
ABŞ Senatorları Maskdan izahat tələb edirlər

Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...

Dünyanı üç yerə bölmək olmaz.!?
Dünyanı üç yerə bölmək olmaz.!?

Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...

Tramp nə ilə məşğuldur?
Tramp nə ilə məşğuldur?

Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...

Rusiya Xarkov vilayətində parka zərbə endirib
Rusiya Xarkov vilayətində parka zərbə endirib

... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb