PDF Oxu

Dünya

  • 675

ABŞ, əslində Venesuelada nə edir?

Müxalifət vəd edilmiş dəyişikliklərə çağırır...

ABŞ, əslində Venesuelada nə edir?

...ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela neftinin satışına nəzarət edir və onun ixracından əldə olunan gəlirləri idarə edir, lakin əvvəlki rejimin nümayəndələri ilə qeyri-şəffaf razılaşmalar investisiyaları yavaşladır və ölkədə demokratik dəyişiklikləri şübhə altına alır.

Vaşinqton müxalifəti dəstəkləmək əvəzinə Nikolas Maduronun keçmiş silahdaşları ilə əməkdaşlıq edir və yeni seçkilərin tarixi hələ təyin edilməyib.

SİA-nın məlumatına görə, bu barədə The Atlantic yazır.

Tramp ABŞ-ın neft şirkətlərinin sənayenin bərpasına milyardlarla dollar sərmayə qoyacağını və əsas faydalanın Venesuela xalqı olacağını vəd edib.

Amma neft hasilatı sahələrində hələ də içməli su problemi var, elektrik enerjisi müntəzəm olaraq kəsilir, sakinlər isə balıq tutmaqla dolanmağa məcbur olurlar.

İqtisadi sövdələşmə şəffaflığın olmaması səbəbindən də suallar doğurur. Neft satışından əldə olunan gəlir xüsusi hesaba daxil olur, lakin ABŞ hakimiyyəti vəsaitlərin hərəkəti haqqında tam hesabatı açıqlamayıb.

Analitiklər yanvar ayından bəri satılan neftin dəyərini 13 milyard dollardan çox qiymətləndirirlər, lakin bu rəqəm rəsmi olaraq təsdiqlənməyib.

Ayrıca razılaşma çərçivəsində 17 neft yatağı bir neçə ölkədə çirkli pulların yuyulmasında şübhəli bilinən iş adamı Alejandro Betankur ilə əlaqəli North American Blue Energy Partners şirkətinə təhvil verilib.

Ona qarşı heç bir ittiham irəli sürülməyib və sövdələşmənin özü hələ yeni investisiyalara səbəb olmayıb.

Harvard Universitetinin iqtisadçısı Rikardo Hausmann mövcud münasibətləri "iki kleptokratiyanın koalisiyası" adlandırıb.

Venesuela müxalifətinin lideri, komandası 2024-cü il seçkilərində müxalifət namizədinin qələbəsinə dair dəlil toplayan Mariya Korina Maçado ölkədən kənarda qalır. Yüzlərlə siyasi məhbus hələ də həbsdədir və əvvəlki repressiya aparatı sökülməyib.

...Venesuelaya legitim hökumət lazımdır, seçkilər və dəyişikliklər lazımdır, - deyə müxalifət siyasətçisi Xuan Pablo Quanipa bildirib.

...Siyasi legitimlik olmadan investorların etimadını bərpa etmək və neft sənayesinin davamlı inkişafını təmin etmək son dərəcə çətin olacaq.

Əli Babayev

Digər xəbərlər

Foreign Affairs: Texnologiya bahisləri müharibədə qələbəyə zəmanət vermir
Foreign Affairs: Texnologiya bahisləri müharibədə qələbəyə zəmanət vermir

Ukrayna təcrübəsi göstərir ki, sadə, lakin effektiv həllər var...

ABŞ, əslində Venesuelada nə edir?
ABŞ, əslində Venesuelada nə edir?

Müxalifət vəd edilmiş dəyişikliklərə çağırır...

Ukraynada Starlink məhdudiyyətlərinə görə Trump-ı necə cəzalandırmaq olar?
Ukraynada Starlink məhdudiyyətlərinə görə Trump-ı necə cəzalandırmaq olar?

Respublikaçılar və demokratlar Senatda birgə bəyanat veriblər...

Agent “Tom” general Sərvarovun partladılmasına necə kömək etdi..?
Agent “Tom” general Sərvarovun partladılmasına necə kömək etdi..?

Ukrayna tərəfinə keçən rusiyalı agent rus zabitlərini izləyən bir şəbəkə yaratdı...

Rusiyada etiraz əhval-ruhiyyəsi artır
Rusiyada etiraz əhval-ruhiyyəsi artır

Hökumətin reytinqi xeyli aşağı düşüb...

Tramp kimin tərəfindədir?
Tramp kimin tərəfindədir?

Putinə güzəştlərin ABŞ prezidentinə istənilən nəticəni gətirəcəyi şübhəlidir...

WSJ: Sovet boru kəmərlərinin dərinliyində yeraltı döyüş...
WSJ: Sovet boru kəmərlərinin dərinliyində yeraltı döyüş...

Rusiya və Ukrayna qoşunları şiddətli yeraltı döyüşlər aparır...

Ulduz müharibələri...
Ulduz müharibələri...

“Kosmos-2612” və “ICEYE-X36” peykləri arasında baş verən toqquşma haqqında nə məlumdur? Rusiya peyki Ukrayna casus sistemini sıradan çıxarmağa çalışır - münaqişə yeni bir səviyyəyə çatıb...