PDF Oxu

Dünya

  • 1 580

Demə, Depardie Putinlə “yalançı dostluq” edirmiş..?

Rusiyadakı mənzilini satan Depardie əldə etdiyi pulu Ukraynaya köçürüb. Andrey Xalpaxçinin yüksək səsli bəyanatı...

Demə, Depardie Putinlə “yalançı dostluq” edirmiş..?

...Əvvəllər Vladimir Putinlə dost olan fransız aktyor Jerar Depardie, Rusiyadakı daşınmaz əmlakını satıb və gəlirləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldib.

Bunu uzun illərdir "Gənclik" kinofestivalının rəhbəri olan ukraynalı kino alimi və prodüseri Andrey Xalpaxçı deyib.

SİA-nın əldə etdiyi məlumata görə, OBOZ.UA-ya verdiyi müsahibədə o, Kiyevə festivala dəfələrlə gələn aktyorla münasibətlərindən və heç kimin bilmədiyi hərəkətindən danışıb.

...Jerar Depardie çox spesifik şəxsiyyətdir. Əlbəttə ki, bu nəhəng ulduzdur, fantastik və gözəl aktyordur, amma bəzən uşaq kimi davranır. Hər kəs onun Putinlə dostluğunu xatırlayır, buna görə bu gün o, bir çoxları üçün persona non grata oldu. Amma, digər tərəfdən, heç kim bilmir ki, o, öz mənzilini Rusiyada satıb, pulu isə Ukrayna Silahlı Qüvvələrinə köçürüb, - deyə Xalpaxçı bildirib.

Prodüser Depardienin "Gənclik"ə səfərlərini də xatırladıb: ən azı iki dəfə aktyor festivala pulsuz gəlib. 40-cı kinofestivalda Ukrayna Milli Operasında geniş miqyaslı mərasimin aparıcısı oldub. Həmin vaxt tədbirə "Ukrayna" telekanalı dəstək verirdi.

Qeyd edək ki, Depardye dəfələrlə Rusiya və Ukraynaya qarşı genişmiqyaslı müharibə haqqında danışıb. 2013-cü ildə Rusiya vətəndaşlığını alıb. 2023-cü ilin fevralında aktyor müharibəni "böyük cəfəngiyat" adlandırıb və özünü hələ də rus hesab etdiyini bildirib.

Almaniyanın Augsburger Allgemeine nəşrinin məlumatına görə, o, həmçinin vurğulayıb ki, "...mənim üçün heç nə dəyişməyib. Mən hələ də rusam. Mən rus mədəniyyətini sevirəm".

Əli Babayev

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?