İran mart ayında ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlar zamanı "Starlink" peyk rabitə sistemindən istifadə etmiş ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "The Washington Post" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, "SpaceX" şirkətinin rəhbəri İlon Mask peyk rabitə sistemlərindən icazəsiz istifadə edilməsi halları barədə məlumatlandırılıb.
Şirkətin mütəxəssisləri İranın amerikalı hərbçilərə qarşı hərbi əməliyyatlarda "Starlink"dən istifadə etdiyi qənaətinə gəliblər.
Nəşr İranın Küveytdə altı amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumda da bu sistemdən istifadə etmiş ola biləcəyini iddia edib.
Məlumata görə, "SpaceX" hadisədən sonra peyk rabitə sistemindən istifadə edən bəzi kateqoriyalara aid istifadəçilərin şəxsiyyətinin təsdiqlənməsi ilə bağlı tələbləri sərtləşdirib.
Tramp “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb
Rusiya superkompüterləri köhnəlmiş qrafik prosessorlarında işləyir, çünki onlar süni intellektin inkişafı üçün qabaqcıl çiplərdən məhrum ediliblər...
Putin rejimi özünü tükətdi...
Bu tarix ABŞ-ın hazırkı prezidentini “ömrü boyu” “təqib etməlidir”...
Hərbi ekspertin Rusiyanın Xarkov bölgəsindəki planlarının pozulması ilə bağlı fikirləri...
Matviyenko gəlirlərini gizlədənlər üçün icbari tibbi sığortanın ödənilməsini təklif etdi...
Qərb orduları öz yanaşmalarını yenidən nəzərdən keçirməli olacaqlar..?
Əvvəllər bu siyasətçilər gələcək prezidentlik yarışında favorit idilər...
Rusiya Federasiyasının uğursuzluqlarına görə məsuliyyət daşıyanları axtarırlar...