PDF Oxu

Dünya

  • 9

Bosniya Əfqanıstana hərbi kontingent göndərəcək

Bosniya Əfqanıstana hərbi kontingent göndərəcək
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, 2010-cu ildə Bosniya hərbçiləri NATO-nun Əfqanıstandakı missiyasına qoşulacaqlar. Bu haqda bəyanatı dekabrın 28-də Bosniyanın müdafiə naziri Selmo Sikotiç beynəlxalq təhlükəsizlik qüvvələrinin komandalığı ilə əməkdaşlıq məsələlərinə həsr edilmiş konfransdan sonra yaymışdır. S.Sikotiçin dediyinə görə, rəhbərlik etdiyi müdafiə nazirliyi Bosniyanın hərbi kontingentinin yaranması haqda hazırladığı qanun layihəsini prezidentə təqdim edəcək və prezident müvafiq sərəncam imzaladıqdan sonra 100 nəfər əsgər heyəti Əfqanıstana göndəriləcəkdir. Təsdiq edilməmiş məlumatlara görə, Bosniya hərbçiləri Əfqanıstanda ya Almaniya, ya da Türkiyə hərbi kontingenti tərkibində xidmət edəcəklər. Hələlik, Bosniya və Hersoqovina NATO üzvləri deyildir. Bu ölkə rəsmiləri 2009-cu ilin payızında alyansa qəbul üçün rəsmi müraciət etmişlər. NATO nümayəndələri dekabrın əvvəllərində Bosniyanın Şimali Atlantika Alyansının Fəaliyyət Planına daxil etmiş, ancaq bu ölkənin indiyədək kifayət qədər demokratik islahatlar keçirmədiyi səbəbindən, prosesi yubatdıqlarını bildirmişlər.

Digər xəbərlər