"Suya girən uşağın üzündəki sevinci görmüsünüzmü? Üzgüçülük elə bir idman növüdür ki, uşaq onu məşq kimi yox, oyun kimi qəbul edir. Əslində isə bu "oyun" bədəni bütün istiqamətlərdə gücləndirir. Müntəzəm üzgüçülük həm də sağlam həyat tərzi deməkdir. Ayaq əzələləri inkişaf edir, nəfəs almaq asanlaşır və artıq kalori yanır. Yəni artıq çəkidən narahatsınızsa, üzgüçülük bu məsələdə də kömək edə bilər: o, bədənin ən yaxşı şəkildə işləməsini təmin edir. Üstəlik, faydaları bunlarla məhdudlaşmır". Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Gülbaba Quliyev SİA-ya açıqlamasında bu barədə belə deyib:
G.Quliyevin fikrincə, üzgüçülükdə müxtəlif texnikalar var, ona görə də bədənin müxtəlif yerlərində yarana biləcək sağlamlıq problemlərinin qarşısını almaq mümkündür. Məsələn, qışda və ya soyuq suda üzməyin faydaları isti və ya termal hovuzlarda üzməyin faydalarından fərqlənir. Arxası üstə üzmənin təsiri də kəpənək üsulundan fərqlidir. Uşaqlar məşq zamanı müxtəlif üsullardan istifadə etdiyi üçün üzgüçülüyün faydaları bütün bədənə yayılır.
Böyüklər üçün bir saatlıq üzgüçülük də böyük fayda gətirirsə, uşaqlarda müntəzəm üzgüçülük vərdişinin formalaşması bu faydanı qat-qat artırır. G.Quliyevin sözlərinə görə, üzgüçülük: - əzələlərin sağlam inkişafına kömək edir; - dərini təmizləyir və daha sağlam görünüş verir; - skolioza qarşı təsirli vasitədir və onurğa sütununu qoruyur; - disk yırtığı riski olanlarda həyat rahatlığının pozulmasının qarşısını alır.
Bütün əzələlərin işləməsini təmin edir.
Piylənmə və iştahsızlığın qarşısını alaraq sağlam inkişafı dəstəkləyir.
Uşağa fitlik və güc verir.
Əyləndirməklə yanaşı, onu suda boğulma təhlükəsindən də qoruyur.
Uşaq suda tək hərəkət etdiyi üçün müstəqilliyi və özünə inamı artır.
Afət Tahirqızı
Bəzi insanlar yatarkən, digərləri oyaq qalmaq məcburiyyətində qalırlar. Ancaq belə bir cədvəl fəlakətli ola bilər...