PDF Oxu

Sosial

  • 279

Lerikdə Ədliyyə işçilərin peşə bayramı - FOTO

Lerikdə Ədliyyə işçilərin peşə bayramı - FOTO

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə orqanlarının əməkdaşları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizdə hüquqi dövlət quruculuğunun və milli ədliyyə sisteminin formalaşması və inkişafında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyətində ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb. O, ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayaraq deyib:-Ədliyyə sisteminin dövlət idarəçiliyində, qanunun aliliyinin təmin olunmasında, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rolunu vardır. Bu sahədə çalışan əməkdaşların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin əhəmiyyəti böyükdür.
Natiq onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən, hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar nəticəsində müasir Azərbaycan ədliyyə sisteminin möhkəm təməli qoyulmuş, onun institusional inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Hazırda Azərbaycan ədliyyə sistemi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müasirləşərək inkişaf edir, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər