PDF Oxu

Sosial

  • 532

Tarix yazan qəhrəman - FOTO

Tarix yazan qəhrəman - FOTO

Tariximizin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində Vətən və millət yolunda canından keçərək qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən oğullardan biri də şəhid Nurlan Rəhimovdur. O,1981-ci ildə cənub qapımız Astara şəhərində dünyaya göz açıb. Əzəl gündən bütün sevgisini Vətəninə verən Azərbaycan Ordusunun kiçik çavuşu Nurlan Rəhimov 44 günlük haqq savaşımızda Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Neçə-neçə qanlı savaşlardan zəfərlə çıxan Vətənin qəhrəman oğlu 2020-ci il sentyabrın 30-da Xocavənd rayonunu Üçtəpə adlanan ərazisidə yağıya qarşı son damla qanına qədər döyüşərək şəhadətə yetib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq görülüb.
Bütün Azərbaycan xalqının fəxri olan şəhid Nurlan Rəhimov astaralılar tərəfindən sonsuz ehtiram, sevgi və məhəbbətlə yad edilir. Doğum günündə isə Astara Pedaqoji Kollecinin bir qrup əməkdaşı Vətənin yaşaması naminə canından keçərək ölümsüzlüyə qovuşan qəhrəmanın ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, onun keçdiyi qəhrəmanlıq yolundan və Vətən qarşısındakı göstərdiyi misilsiz xidmətlərdən iftixarla söhbət açılıb. Həmçinin kollecin əməkdaşları şəhid ailəsinə dərin hörmət və ehtiramlarını bildirərək, həmişə onların yanında olduqlarını deyiblər.
Bəli, tarixə yazılan elə müqəddəs günlər var ki, onlar heç vaxt unudulmur. Vətən müharibəsinin 44 günü kimi. Bu 44 gündə Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar da əbədi olaraq ürəklərdə yaşayacaqlar .

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər