PDF Oxu

Dünya

  • 7

Britaniya hərbçilərini irlandiyalı məhbusu işgəncələrə məruz qoymaqda ittiham etmişlər

Britaniya hərbçilərini irlandiyalı məhbusu işgəncələrə məruz qoymaqda ittiham etmişlər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Britaniya ordusunda bir irlandiyalını işgəncələrə məruz qoyaraq, Böyük Britaniya əsgərini öldürməkdə ittiham etmişlər.
1973-cü ildə haqqında ölüm hökmü çıxarılmış irlandiyalı Liam Holdeni Böyük Britaniya əsgəri Frenk Belli qətlə yetrilməkdə ittiham edirdilər. L.Holden sonralar vəkillərinə demişdi ki, onu işgəncələrə məruz qoyaraq, ingilis əsgərini öldürdüyünü boynuna qoymuşlar. Məhkəmə onun faciələrinə inanmasa da, onun ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənmişdir.
"Qardian" qəzetinin yazdığına görə, L.Holden cinayət baş verən vaxt dostları ilə bir yerdə olmuşdur. Onu həbs etdikdən sonra döymüş, alışqanla yandırmış, silahla hədələmiş və yaxınlığında atəş açmışlar. Bundan başqa, ona boğulmaq imitasiyası verən "su işgəncəsi" vermişlər. L.Holdenin dediyinə görə, işgəncə verilən zaman onun nəfəsi dayanmış və huşunu itirmişdir. İttiham hökmündən 37 il sonra məhkəmə L.Holdenə işgəncə verildiyini təsdiq etmiş və işinə yenidən baxılmasını lazım bilmişdir. İşə təkrar baxış 2010-cu ildə keçiriləcəkdir. L.Holden 17 il həbsxanada qalmış və 1989-cu ildə azadlığa buraxılmışdır.

Digər xəbərlər