PDF Oxu

Dünya

  • 10

ABŞ aviakompaniyalara sərnişinləri “girov götürməyi” qadağan edib

ABŞ aviakompaniyalara sərnişinləri “girov götürməyi” qadağan edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti təyyarələr vasitəsi ilə yük daşıyanların uçuş vaxtlarını azaltmaqla, sərnişinləri uçuş-eniş zolağında saxlanmalarının qarşısını almağa çalışmışdır. Yeni aviasiya qaydalarına əsasən, təyyarə uçuş-eniş zolağında 3 saatdan artıq dayandıqdan sonra anqara göndərilməli, sərnişinlər isə aeroporta ötürülməlidirlər. ABŞ-ın sənaye naziri Rey Lahudun dediyinə görə, tətbiq edilmiş yeni qaydalar aviakompaniya sahibkarlarının sərnişinləri uçuş-eniş zolağında saxlamalarına yol verməyəcəkdir. R.Lahudun bu bəyanatı istehlakçıların hüquqlarını müdafiə edənlər tərəfindən nikbinliklə qarşılanmışdır. Onlar yeni aviasiya qaydalarını "Mövlud möcüzəsi" adlandırmışlar. Aviasiyalarla yük daşıyan sahənin əməkdaşları isə ABŞ administrasiyasının yeni qaydalarını soyuqqanlılıqla qarşılamışlar. Hava nəqliyyatı assosiasiyasının rəhbəri Ceyms Mey məsələyə bu cür münasibət bildirmişdir: "Üç saatdan artıq uçuş-eniş zolağında qalmış təyyarələri anqara qaytarmaq yüksək cərimələrə gətirib çıxara bilər ki, bu da bizim qarşıya qoyduğumuz məqsədlərlə ziddiyyət təşkil edir. Bizim başlıca məqsədimiz daha çox uçuş reyslərini yerinə yetirməkdir."Hökumətin tətbiq etdiyi yeni qaydalar 120 gündən sonra qüvvəyə minməlidir. Hava nəqliyyatı assosiasiyası əməkdaşları hökumətin qanununa qarşı çıxmasalar da, xəbərdarlıq edirlər ki, yeni qaydalar sərnişinlər üçün böyük narahatlıqlar yaradacaq və bir çox reyslərin təxirə salınması lazım gələcəkdir. R.Lahud bu cür fikirləri təkzib etmişdir: "Başa düşə bilmirəm ki, sərnişinlərin beş, altı, yeddi saat uçuş-eniş zolağında dayanmış təyyarədə oturmalarını nə ilə əlaqələndirmək olar?" Bu ilin noyabrında Minnesota ştatının Roçester aeroportunda laynerdə sərnişinlərin 47 saat bağlı qapılar arxasında oturmasına cavab olaraq, hökumət bir neçə məsul şəxsi böyük məbləğdə cərimələməli olmuşdur.

Digər xəbərlər