PDF Oxu

Dünya

  • 13

ABŞ Senatı səhiyyə sahəsindəki islahatları bəyənib

ABŞ Senatı səhiyyə sahəsindəki islahatları bəyənib
"Assoşieyted Press " informasiya agentliyinin yaydığı məlumata görə, Barak Obama administrasiyasının səhiyyə sahəsində işləyib hazırladığı islahatların layihəsi başlıca sınaq mərhələsinə keçmişdir.
Dekabrın 21-də baş vermiş səsvermə proseduru islahatların Mövlud bayramınadək qəbul ediləcəyini göstərməkdədir. Qanun layihəsində 30 milyon nəfərədək amerikalının tibbi sığortasının təmin edilməsi məsələsi nəzərdə tutulur. Hazırda həmin şəxslər heç bir müəssisə ilə sığorta müqaviləsi imzalamamışlar. Xatırladırıq ki, B.Obamanın seçkiönü kampaniyasının başlıca müddəalarından biri, məhz səhiyyə sahəsindəki islahatlarla bağlı olmuşdur.
Səsvermə zamanı demokrat senatorlar qanun layihəsinə 60 səs vermişlər. Respublikaçılar senatların 40-ı qanun layihəsinin əleyhinə çıxmışlar. B.Obama tərəfdarları daha iki uğur qazanmalıdırlar ki, mövqelərini möhkəmləndirsinlər. Respublikaçılar isə çalışmalıdırlar ki, dekabrın 25-dək səsvermənin gedişini dayandırsınlar. Ancaq etiraf etmək lazımdır ki, onlar bu imkanlarını gerçəkləşdirmək gücündə deyildir.
ABŞ Konqresinin Aşağı Palatası islahatlar haqda qanun layihəsi yönündə öz versiyalarını irəli sürmüşlər. Sənədin kompromis variantının işlənib hazırlanacağı Mövlud bayramından sonra baş tutacaqdır.

Digər xəbərlər