PDF Oxu

Dünya

  • 6

Minlərlə Filippin polisi işdən çıxarılıb

Minlərlə Filippin polisi işdən çıxarılıb
"Əl-Cəzirə" telekompaniyasının məlumatına görə, Filippin hökuməti Maquindanao əyalətinin min nəfərə yaxın polisini tutduğu vəzifədən azad etmişdir. Noyabrın 23-də bu əyalətdə, yerli qubernatorlardan birinin seçkiönü kampaniyasının 57 nəfər iştirakçısı qətlə yetirilmişdir.
Hakimiyyət dairələri bu hadisəni kütləvi qırğın kimi xarakterizə etmişlər. Əyalətə nəzarəti, yerli polislərin əvəzinə, yaxın əyalətlərin polis əməkdaşları yerinə yetirəcəkdir. Hakimiyyət dairələri bu yolla qətlin təhqiqatını təmin etmək istəyirlər.
Məlumata görə, qətlin törədilməsində iştirak edən polis əməkdaşlarından 60 nəfəri həbs edilmişdir. Filippin hökuməti yerli klanın təsir dairəsini məhdudlaşdırmağa çalışır. Çünki əyalət qubernatoru Andal Ampatuan hadisələrin gedişini öz nəzarətinə götürməyə çalışır. Qubernatorun əyalət şəhərlərindən birinin meri postunu tutmuş kiçik oğlu 25 nəfərin qətlində şübhəli bilinərək həbs edilmişdir. Ondan başqa qubernatorun daha 5 ailə üzvü qətlin təşkilində şübhəli bilinir.
Əldə edilmiş məlumata görə, əyalətin qubernatoru postuna namizədliyi irəli sürülmüş şəxslərdən birinin tərəfdarları, 20 nəfərə yaxın jurnalistin müşayiəti ilə, yerli məntəqələrdə qeydiyyatdan keçirilmək üçün sənədlər gətirmişdilər. Onların avtomobillərini əhatəyə alan bir qrup silahlı şəxs onların hamısını girov götürmüşdür. Onlardan bir neçə nəfərin meyitləri yol kənarında, digərlərinin meyitləri isə müxtəlif qəbiristanlıqlarda aşkar edilmişdir. Girovları yaxın məsafədən atəş açaraq, qətlə yetirmişdilər. Cəsədlərin bir çoxunun başları kəsilmiş, sifətləri isə tanınmaz hala salınmışdır.

Digər xəbərlər