PDF Oxu

Dünya

  • 8

Türkiyə naziri müsəlmanları İsveçrə bankından pullarını götürməyə çağırıb

Türkiyə naziri müsəlmanları İsveçrə bankından pullarını götürməyə çağırıb
"Frans-Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyənin Avropa Birliyi ilə baş danışıq aparanı, portfelsiz nazir Eqdem Bagis bu ölkənin müsəlmanlarına müraciət edərək, pullarını İsveçrə banklarından götürməyə çağırmışdır. Onun dediyinə görə, referendum zamanı isveçrəlilər ölkədə minarə tikintisi əleyhinə səs verdiklərindən, ölkənin bank sektorlarında çalışan müsəlman investorlarının bu ölkədən kütləvi surətdə gedişi gözlənilir. Onun bu çağırışına Avropa Parlamentinin "Yaşıllar" fraksiyasının həmsədri Daniel Kon-Bendit də qoşulmuşdur. E.Bagis Türkiyə banklarının qapısını bu cür hərəkət edən şəxslərə açıq olduğunu da bildirmişdir. Ötən bazar günü İsveçrədə keçirilmiş referendumda ölkə əhalisinin 57 faizi yeni minarələrin tikintisi əleyhinə səs vermişdir. Bir sıra Avropa və müsəlman ölkələrinin liderləri İsveçrə əhalisinin mövqeyini kəskin tənqid atəşinə tutmuşlar. Hətta katolik kilsəsi də bu qadağaya qarşı çıxmışdır.

Digər xəbərlər