PDF Oxu

Dünya

  • 14

İran sərhədçiləri Britaniya gəmisini saxlayıb

İran sərhədçiləri Britaniya gəmisini saxlayıb
"İnderpendent" qəzetinin yazdığına görə, bortunda beş nəfər sərnişin olan Britaniya gəmisi təsadüfən İranın ərazi sularına daxil olmuş və İran sərhədçiləri tərəfindən saxlanılmışdır. "Pindar" fərdi komandasına məxsus olan "Bəhreyn krallığı" gəmisi beynəlxalq reqatda iştirak etmək üçün Bəhreyndən Dubaya doğru kurs götürmüşdü. Gəminin beş heyət üzvü - Oliver Smit, Oliver Yanq, Sem Aşer, Lyuk Porter və Deyv Blumer sahilə çıxarılaraq, nəzarət altında Tehrana göndərilmişdir. İran tərəfinin verdiyi məlumata görə, həbs edilənlərlə yaxşı rəftar olunur. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ümid etdiyini bildirir ki, yaxın vaxtlarda İran tərəf həbs edilənləri gəmiləri ilə birlikdə buraxacaqdır.

Digər xəbərlər