PDF Oxu

Dünya

  • 9

İv Leterm Belçikanın yeni baş naziri kürsüsündə əyləşib

İv Leterm Belçikanın yeni baş naziri kürsüsündə əyləşib
"Vall Street Journal"ın yazdığına görə, Belçikanın keçmiş baş naziri Nazirlər Kabinetinə yenidən başçılıq edəcəkdir. Onun başçılıq edəcəyi hökumət artıq dövlətə sədaqət andı da içmişdir.
İ.Letermin baş nazir postuna qayıtması xələfi Herman van Rompeyin noyabrın 19-da Avropa Birliyinin prezidenti postuna seçilməsi ilə əlaqədar olmuşdur. Nəşrin yazdığına görə, 49 yaşlı İ.Leterm öz xələfinin qazandığı uğurları zənginləşdirmək üçün fəaliyyətini gücləndirməli olacaqdır. Rompey kabineti idarə etdiyi dövrdə Beliçkanı iqtisadi böhradan yan keçirməyə nail olmuş və müxtəlif etnik qurumlar arasındakı gərginliyi səngitmişdir.
2010-cu ilin iyulunda Belçika Avropa Birliyinin sədr ölkələri içərisində yer tutmalı olacaqdır ki, bu da hökumətdən yüksək fəallıq göstərməyi tələb edir. İ.Leterm ilk dəfə baş nazir postunu 2008-ci ildə tutmuşdu. Bu dövr 2007-ci ilin iyununa təsadüf edirdi və genişmiqyaslı siyasi böhranın yaranması ilə yadda qalmışdı. Böhranın səbəbi ölkənin Flamand və Vallon icmaları arasında baş vermiş gərginlik idi. İ.Leterm 9 ay ərzində öz populyarlığını itirməyə başlamışdır. Onun bir ifadəsi, xüsusən, ölkədə mübahisə mövzusuna çevrilmişdi. İ.Leterm Beliçkanı monarxiya, futbol və pivənin birləşdirdiyi "tarixin təsadüfü" adlandırmışdı. 2008-ci ilin iyulunda İ.Leterm istefa ərizəsi yazsa da, siyasi gərginlik dalğasının artacağından ehtiyat edən kral İkinci Albert onun ərizəsini geri qaytarmışdır.
2008-ci ilin dekabrında yeni koalisiya hökuməti formalaşdıqdan sonra İ.Leterm istefaya çıxmalı olmuşdur. Yeni koalisiya hökumətinə Flamand Xristian Demokrat Partiyasının sədri və parlamentin aşağı palatasının keçmiş spikeri Erman van Rompey başçılıq edirdi. O, bu postda AB prezidenti seçilənədək qalmışdı. 2009-cu ilin iyununda İ.Leterm Avropa Parlamentinin deputatı seçilmişdir.

Digər xəbərlər