PDF Oxu

Dünya

  • 8

Qırğızıstanda prezident seçkilərində səslərin hesablanması başa çatıb

Qırğızıstanda prezident seçkilərində səslərin hesablanması başa çatıb
Qırğızıstan Mərkəzi Seçki Komissiyası iyulun 23-də keçirilmiş prezident seçkilərində seçicilərin namizədlərə verdiyi səslərin hamısını hesablayıb başa çatdırmışdır. İqtidarda olan Kurmanbek Bakiyev 76,12 faiz seçici səsi qazanmışdır. İkinci yeri 8,41 faiz səslə müxalifətçi Xalq Hərəkatı Birliyinin namizədi, keçmiş baş nazir Almaz Atambayev tutmuşdur. Üçüncü yerdə 6,74 faiz səslə "Ağ şumkar" müxalifətçi partiyasının lideri Temir Sarıyev gedir. 4,6 faiz seçici (100 min nəfər) bütün namizədlər əleyhinə səs vermişdir.
Birləşmiş Xalq Hərəkatı "24.kq" informasiya agentliyinə verdiyi məlumatda seçkilərin nəticələrini rəsmi surətdə tanımadığını bildirmişdir. Müxalifət bildirir ki, iqtidarın namizədinin qələbəsi administrativ resurslardan və "kütləvi terrordan" istefa etməklə, genişmiqyaslı saxtakarlıqlarla müşayiət edilmişdir. Onların hesablamalarına görə, Almaz Atambayev 60 faizdən də çox səs toplayaraq, qalib gəlmişdir.
ATƏT müşahidəçiləri müxalifətçilərin mövqeyini dəstəkləmişlər. Onların gəldikləri qənaətə görə, seçkilər "başlıca tələblərə cavab verməmişdir". MDB müşahidəçiləri seçkilərin "demokratik və şəffaf" keçdiyini bildirmişlər.
A.Atambayev dəfələrlə bəyan etmişdi ki, seçkinin nəticələrində saxtakarlıqlar edilmişdi. Ötən həftə müxalifət liderinin Moskvaya uçduğu bildirilir. Deyilənə görə, A.Atambayev orada Rusiyanın Dövlət Dumasının deputatları ilə görüşmüş və Qırğızıstanda keçirilən seçkilər haqda "həqiqətləri" danışmışdır.

Digər xəbərlər