PDF Oxu

Dünya

  • 9

Arvad paltarı geymiş taliblər Əfqanıstanda terror aktları törədiblər

Arvad paltarı geymiş taliblər Əfqanıstanda terror aktları törədiblər
"Frans Press" informasiya agentliyinin verdiyi məlumata görə, arvad paltarı geyinmiş "Taliban" döyüşçüləri Əfqanıstanın Cəlalabad və Qardez şəhərlərində bir neçə terror aktları törətmişlər. Nəticədə 6 nəfər həlak olmuşdur. Onlardan 3 nəfəri Əfqanıstan kəşfiyyatının əməkdaşları, 3 nəfər isə yerli polis orqanlarının işçiləri olmuşdur.
Paktiya əyalətinin administrativ şəhəri olan Qardez polisinin dediyinə görə, 6 nəfər kamikadze, eyni zamanda, şəhərin bir neçə administrativ binasına hücum etmişdir. Terrorçulardan ikisi partlayıcı qurğunu işə salmağa müvəffəq olmuşlar. Digər 4 kamikadze yerli polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir. Şəhərin kəşfiyyat xidməti və polis idarəsi binalarında baş vermiş partlayış nəticəsində 5 nəfər həlak olmuşdur. Onlardan 3 nəfəri kəşfiyyat xidməti, 2 nəfəri isə polis əməkdaşları olmuşdur. Bundan sonra Qardezdə komendant saatı tətbiq edilmişdir. İlkin məlumata görə, vəziyyət nəzarət altındadır.
Nanqarhar əyalətində yerləşən Cəlalabad polisinin məlumatına görə, 2 kamikadze şəhər aeroportuna girməyə can atsa da, hər ikisi polis əməkdaşları tərəfindən məhv edilmişdir. Toqquşma zamanı bir nəfər polis əməkdaşı həlak olmuşdur.
"Taliban" hərəkatı nümayəndələri telefon əlaqəsi yaradıb agentliyə məlumat vermişlər ki, terror aktları onlar tərəfindən törədilmişdir. Onların dediklərinə görə, Cəlalabad aeroportuna 15 "Taliban" döyüşçüsü hücum etmiş və 4 nəfər aeroporta girməyə nail olmuş və burada bir neçə Əfqanıstan və xarici hərbi qulluqçu məhv edilmişdir.
Agentliyin məlumatına görə, avqustun 20-də Əfqanıstanda keçiriləcəyi nəzərdə tutulan prezident və bələdiyyə seçkiləri ərəfəsində terror aktlarının sayı xeyli artmışdır. Yalnız iyul ayında Əfqanıstanda 59 nəfər xarici ölkə hərbi qulluqçusu öldürülmüşdür.

Digər xəbərlər