PDF Oxu

Dünya

  • 11

Mavritaniyadakı prezident seçkilərində hərbi xunta başçısı qalib gəlib

Mavritaniyadakı prezident seçkilərində hərbi xunta başçısı qalib gəlib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Mavritaniyada keçirilən prezident seçkilərində 2008-ci ilin avqustunda hakimiyyətə gəlmiş hərbi xunta başçısı Məhəmməd Abdel Əziz qalib gəlmişdir.
İyulun 19-da keçirilmiş prezident seçkilərində Abdel Əzizi 52,58 faiz seçici dəstəkləmişdir. Ölkənin Daxili İşlər Nazirliyi bu faktın doğruluğunu təsdiq etmişdir. Abdel Əzizin ən yaxın rəqibi müxalifət təmsilçisi Məsud Üld Bülxeyr 16,29 faiz səslə kifayətlənməli olmuşdur. Rəsmi məlumata görə, seçkilərdə ölkə əhalisinin 64,58 faizi iştirak etmişdir.
Məsud Üld Bülxeyr seçkinin nəticələrinin çevriliş təşkilatçıları tərəfindən saxtalaşdırıldığını bildirmişdir. Onun dediyinə görə, çevriliş tərəfdarları bu yolla hakimiyyəti ələ keçirdiklərini gerçəkləşdirməyə cəhd edirlər. O, müxalifətçiləri seçkilərin nəticələrini tanımamağa, Mavritaniya xalqını isə seçkini saxtalaşdıranlara qarşı mübarizəyə çağırmışdır.
2008-ci il avqustun 6-da prezident qvardiyasının generalı Məhəmməd Abdel Əzizin başçılığı ilə prezident iqamətgahına soxulmuş hərbçilər iqtidarda olan ölkə prezidenti Sidi Məhəmməd Şeyda Abdallahı, ölkənin baş nazirini və daha bir neçə dövlət məmurunu həbs etmişlər. Dövlət çevrilişinə səbəb prezidentin silahlı qüvvələrin bəzi vəzifəli şəxslərinin postlarından uzaqlaşdırılması qərarı olmuşdur. Dövlət çevrilişi ilə hakimiyyətə gəlmiş Məhəmməd Abdel Əziz ölkədə azad və demokratik seçkilərin keçiriləcəyini vəd etmişdir. Seçkilər iyulun 18-nə təyin edilmişdir.

Digər xəbərlər