PDF Oxu

Dünya

  • 15

Gürcü müxalifəti Tbilisi vağzalına gedən yolu bağlayıb

Gürcü müxalifəti Tbilisi vağzalına gedən yolu bağlayıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 27-nə keçən gecə Gürcüstan müxalifətinin fəalları Tbilisi vağzalı ərazisindəki dəmiryolunu blokadaya almışlar. Müxalifət nümayəndələrindən biri olan David Qamkrelidzenin dediyinə görə, aksiya xəbərdarlıq xarakteri daşımışdır. Onun dediyinə görə, dəmiryolu prezident Saakaşvili istefaya çıxanadək blokadada qalacaqdır.
Müxalifətçilərin bu hərəkəti nəticəsində qatarların hərəkət qrafiki pozulmuşdur. Həmin gecə Tbilisiyə yağış yağması etiraz aksiyasının dayandırılmasına təsir etmişdir.
Tbilisidə Mixail Saakaşvilinin istefası ilə əlaqədar keçirilən etiraz aksiyası aprelin 9-da başlamışdır. Mayın 26-da Tbilisinin milli stadionunda 60 min nəfərlik mitinq keçirilmişdir. Bundan sonra mitinq iştirakçıları vağazaladək yürüş edib, dəmiryolunu bağlamışlar. Şahidlərin dediklərinə görə, polis işə qarışmamışdır.

Digər xəbərlər