PDF Oxu

Dünya

  • 11

İtaliya hökuməti Çernoqoriyanın baş naziri əleyhinə qaldırılan cinayət işini bağlayıb

İtaliya hökuməti Çernoqoriyanın baş naziri əleyhinə qaldırılan cinayət işini bağlayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın Bari şəhər məhkəməsi Çernoqoriyanın baş naziri Milo Cukanoviç əleyhinə qaldırılmış siqaret qaçaqmalçılığı haqqında cinayət işini bağlamışdır. İşin bağlanmasının səbəbi M.Cukanoviçin diplomatiya immunenti olması ilə əlaqədardır.
Bari prokurorluğu M.Cukanoviçi 1994-2002-ci illərdə İsveçrə vətəndaşı Franko Della Toreyə qeyri-qanuni  lisenziya verib Çernoqoriya ərazisindən İtaliyaya siqaret gətirtmək istədiyinə görə ittiham etmişdir. Onun verdiyi lisenziya Toreyə İtaliyaya hər ay min ton siqaret ixrac etmək hüququ vermişdir.
1992-1999-cu illərdə M.Cukanoviçin başçılıq etdiyi Çernoqoriya Yuqoslaviyanın bir hissəsi kimi iqtisadi sanksiyaya məruz qalmışdı. O vaxt ölkəyə siqaret gətirilməsi iqtisadi dirçəliş üsullarından biri hesab edilirdi. 2003-cü ildə M.Cukanoviç məhkəmədə ifadə verərkən, etiraf etmişdir ki, o vaxt Çernoqoriya siqaret tranziti ilə məşğul olurdu və bu yöndəki fəaliyyəti tamamilə qanuni idi.
1999-cu ildə Yuqoslaviyanın süqutundan sonra, Çernoqoriya Serbiya və Çernoqoriya Dövlət İttifaqı tərkibinə daxil edilmişdi. Çernoqoriya öz müstəqilliyini 2006-cı ilin 3 iyununda elan etmişdi. M.Cunakoviç 2008-ci ilin fevralında beşinci dəfə Çernoqoriyanın baş naziri seçilmişdi. Doğrusu, o, 2006-cı ildə siyasətdən getmək istəyində olmuşdu.

Digər xəbərlər