PDF Oxu

Dünya

  • 12

Terror aktı nəticəsində Bağdadda 34 nəfər həlak olub

Terror aktı nəticəsində Bağdadda 34 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bağdadda baş vermiş terror aktı nəticəsində 34 nəfər həlak olmuş, 72 nəfər yaralanmışdır. Terrorçular şəhərin şimali-qərb hissəsində yerləşən Şula şiə məhəlləsində bir neçə mağaza və resotoran yaxınlığındakı dayanacaqda içərisinə partlayıcı qurğu bərkidilmiş avtomobili partlatmışlar.  Partlayış zonasından keçib gedən adamlar mağazalardan alış-veriş etməyə və restoranlarda nahar etməyə gedirdilər.
Şulada törədilmiş terror aktı may ayı ərzində ölkədə müşahidə edilən sükutu pozmuşdur. 2009-cu  ilin apreli ən qanlı ay kimi tarixə düşmüşdür. 2008-ci ilin oktyabrından etibarən belə qanlı hadisə müşahidə olunmamışdı. Bir ay ərzində 335 nəfər terror aktının qurbanına çevrilmişdi. Yalnız aprelin 29-da Bağdada törədilmiş bir neçə terror aktı nəticəsində 50 nəfərə yaxın şəhər əhalisi öldürülmüşdü. Aprelin 24-də şiə məscidinin partladılması nəticəsində təxminən 60 nəfər həlak olmuşdu. Oların  içərisində qonşu İrandan olan zəvvarlar da olmuşdu.

Digər xəbərlər