PDF Oxu

Dünya

  • 11

Bill Klinton BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi təyin edilib

Bill Klinton BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi təyin edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın keçmiş prezidenti Bill Klinton BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi təyin edilmişdir. Məlumatı B.Klintonun mətbuat katibi Mett Makkenn yaymışdır.
"Miami Herald" qəzetinin mayın 18-də yazdığına görə, keçmiş prezident BMT-nin xüsusi nümayəndəsi vəzifəsinə dəvəti BMT-nin baş katibi Pan Gi Mundan almışdı. BMT-nin baş katibi B.Klintonun işə rəsmi qəbulunu mayın 19-da bəyan etmişdi.
B.Klintonun yeni vəzifəsində başlıca işi dünyanın yoxsul ölkələrindən biri olan Haitiyə xarici investisiyaların cəlb edilməsi olacaqdır. 2008-ci ildə Haitidə baş vermiş bir neçə qasırğadan sonra 800 min nəfərə yaxın adam həlak olmuş, ölkənin iqtisadiyyatına bir milyard dollar zərər dəymişdir.
"Vaşinqton Post" qəzetinin yazdığına görə, 2004-cü ildə B.Klinton Haitinin sunami hücumuna məruz qaldığı zaman bu ölkəyə yardımın təşkilində iştirak etmişdir. O vaxt B.Klinton öz xeyriyyə cəmiyyətləri vasitəsilə bu ölkəyə 46 milyard dollar məbləğində maliyyə yardımı göstərmişdir. O vaxt B.Klinton dünyanın yoxsul ölkələrinin 200 milyondan çox insanına yardım etmişdir.

Digər xəbərlər