PDF Oxu

Dünya

  • 7

Medvedev 2020-ci ilədək milli təhlükəsizlik strategiyasını qəbul edib

Medvedev 2020-ci ilədək milli təhlükəsizlik strategiyasını qəbul edib
Rusiya prezidenti Dmitri Medvedev "2020-ci ilədək Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası haqqında" sərəncam imzalamışdır.  Sənədin əsasında nəzərdə tutulan müddət ərzində Rusiyanın inkişafı və milli təhlükəsizliyinin təminatı başlıca yer tutur. Milli təhlükəsizliyin yeni strategiyası üzərində iş 2004-2006-cı illərdə davam etdirilsə də, yarımçıq qalmışdı. 2008-ci ilin iyununda D.Medvedevin sərəncamı ilə layihə üzərində iş yenidən bərpa edilmişdir.
Yeni strategiyaya əsasən, federal orqanların icra hakimiyyəti strukturları ixtisar ediləcəkdir. Əvəzində məhkəmələrin kompentensiyaları nisbətən genişləndiriləcək, dövlət orqanları və vəzifəli şəxslərin fəaliyyəti gücləndiriləcəkdir. İqtisadi dairədə dünya iqtisadiyyatına inteqrasiya prosesi davam etdiriləcək və rublun kursu möhkmləndiriləcəkdir. Siyasi sahədə Rusiya çoxqütblü dünya ideyasını əsas götürəcək və regional konfliktlərin diplomatik prinsiplər əsasında nizamlanmasına üstünlük verəcəkdir. Rusiya ilk növbədə Avropa Birliyi, Çin, Hindistan, Latın Amerikası və Afrika ölkələri ilə əlaqələrini möhkəmləndirəcəkdir.

Digər xəbərlər