PDF Oxu

Dünya

  • 14

Saakaşvilinin müxalifətlə danışığı heç bir nəticə verməyib

Saakaşvilinin müxalifətlə danışığı heç bir nəticə verməyib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvilinin müxalifət liderləri ilə danışıqları başa çatmışdır. Ölkə prezidentliyinə keçmiş namizəd olmuş görüş iştirakçılarından biri - Levon Qaçeçiladze aparılan danışıqların heç bir nəticə vermədiyini bildirmişdir.
M.Saakaşvilinin öz opponentləri ilə məhz hansı məsələləri müzakirə etdiyi məlum deyil. Jurnalistlər qarşısına çıxan Qaçeçiladze belə bir məlumat vermişdi ki, Gürcüstanda baş vermiş vəziyyətin Saakaşvili və onlar arasındakı dərkedilmə tərzi başqa-başqadır. Müxalifət liderinin dediyinə görə, yaxın günlərdə Saakaşvilinin istefasını tələb edən həmkarları gələcəkdə hansı addımı atacaqlarını müəyyənləşdirəcəklər. Qaçeçiladzeiin dediyinə görə, müxalifətçilər etiraz aksiyasını Saakaşvili öz postunu tərk edənədək davam etdirəcəklər.
Gürcüstanın Daxili İşlər Nazirliyinin binasında keçirilən görüşdə Qaçeçiladzedən başqa Gürcüstanın BMT-dəki keçmiş sədri İrakli Alasaniya, "Gürcüstanın Yolu" Partiyasının lideri Salome Zurabişvili və "Milli Forum" Partiyasının lideri Kaxa Şartava iştirak edirdilər. Saakaşvili onlarla görüşdükdən sonra parlamentdə təmsil olunan müxalifət nümayəndələri ilə görüşmək fikrindədir.

Digər xəbərlər