PDF Oxu

Dünya

  • 9

Türkiyədə toy mərasiminə hücum edənlər hamını qətlə yetirmək istəyirdilər

Türkiyədə toy mərasiminə hücum edənlər hamını qətlə yetirmək istəyirdilər
"Tayms" qəzetinin yazdığına görə, Türkiyənin Bilgə kəndində toy mərasiminə hücum edən cinyətkarlar hamını qətlə yetirməyi planlaşdırmışlar. Türkiyənin "Hürriyyət" qəzetinin yazdığına görə, kütləvi cinayətin təşkilatçısı Əbdülqədir Çələbi olmuşdur.
Deyilənə görə, sorğu-sual zamanı bu ifadəni o, ağzından qaçırmışdır. Ə.Çələbi müstəntiqə demişdir ki, başının dəstəsi ilə toya gələn bütün qonaqları, daha sonra isə toyda iştirak etməyən bəyin ailəsini öldürmək istəyirdilər. Ə.Çələbi uşaqları və qadınları da öldüməyi nəzərdə tutduğunu bildirmişdir. Onun fikiincə, düşmən tayfanın sağ qalan hər bir üzvü gələcəkdə qatillərdən qan intiqamı almaq həvəsinə düşə bilərdilər ki, bu da düşmənçiliyin davam etməsinə səbəb olardı.
"Tayms" qəzetinin yazdığına görə, qatillərin səkkizi də qətlə yetirdikləri 44 nəfər kimi eyni Çələbi familiyasını daşıyırlar. Qətlə yetirilmiş gəlin Sevgi Çələbi Bilgə kəndinin kəndxudasının qızı idi. Həbs edilən tərəf kəndxudadan tələb edirdi ki, qızını onların düşməninə yox, kompensasiya öndəməyə hazır olan zərər vuran şəxsə versin (Ehtimal olunur ki, söhbət zorlamadan gedir). 
Xatırladırıq ki, Bilgə kəndindəki kütləvi qətil mayın 4-də törədilmişdi. Toy mərasimində iştirak edən 44 nəfər həlak olmuş, cəmi 3 nəfər sağ qalmışdı. Ertəsi gün Türkiyə polisi 8 nəfər qatili həbs etmişdir. Onlardan birinin 14 yaşı var.

Digər xəbərlər