PDF Oxu

Dünya

  • 8

Belçika iki Rusiya diplomatını ölkədən çıxarıb

Belçika iki Rusiya diplomatını ölkədən çıxarıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin Belçikanın iki Rusiya diplomatını ölkə hüdudlarından çıxarması haqda rəsmi notasının Rusiya rəsmilərinə çatdığını təsdiq etmişdir. Akkreditasiyadan məhrum edilənlər baş müşavir Viktor Koçukov və attaşe Vasili Çijov olmuşdur. Rusiya diplomatlarını "diplomat statusu ilə əkslik təşkil edən casusluq fəaliyyətində" ittiham etmişlər.
Kütləvi informasiya vasitələrində gedən yazılara görə, Belçikanın bu addımı Estoniyada Rusiya casusu Herman Simmin ifşa edilməsi ilə əlaqədar olmuşdur. Rusiya NATO-nun bu hərəkətinə cavab olaraq, alyansın informasiya bürosunun rəhbəri İzabel Fransuanı ölkədən çıxaracağı ilə hədələmişdir. Xatırladırıq ki, İ.Fransua Kanadanın diplomatik pasportuna malikdir.

Digər xəbərlər