PDF Oxu

Dünya

  • 8

İsrail HHQ-si Hibraltarda İranı bombalamaq məşqi keçirir

İsrail HHQ-si Hibraltarda İranı bombalamaq məşqi keçirir
"Yediot Axronot" qəzetinin yazdığına görə, İsrail aviasiyası Hibraltarda hərbi təlimlər keçirmişdir. Məqsəd hədəflərə zərbə endirərkən pilotların aeroportdan uzaq olan hədəflərə münasibətində müəyyənləşmələrin yaradılmasını təmin etməkdir. Fransız həftəlik məcmuəsi "L`Express"in ehtimalına görə, Hibraltarda keçirilən məşqlər İsrail hərbi-hava qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirilməsi üçün nəzərdə tutulmuşdur.
İsrail bombardmançı təyyarələri  bazadan 3800 km kənarda yerələşən şərti hədəfləri bombalamışlar. Bu da, onu göstərir ki, Tehranın nüvə obyektlərindən imtina etməyəcəyi təqdirdə, İsrail İranın atom sənayesini məhv etməyə hazırlaşır.
"Yediot Axronot" qəzetinin yazdığına görə, iki həftə əvvəl Britaniya mətbuatında belə bir məlumat yayılmışdı ki, İsrailin hərbi komandanlığı yaxın vaxtlarda İranın nüvə obyektlərini bombalamağa başlayacaqdır. "Yerusəlim Post" qəzeti yazır ki, İsrailin havadan müdafiə sistemi komandanlığı raket əleyhinə komplekslərin idarə olunması üzrə ehtiyatda olan hərbi mütəxəssislərin çağırışına başlamışdır. İsrail hərbi-hava qüvvələrinin yüksək vəzifəli zabitlərindən biri keçirilən təlimlərə bu cür münasibət bildirmişdir: "Biz İran təhlükəsinə hazır olmaq üçün daim öz üzərimizdə işləyirik. Bu məqsədlə uzaq məsafədə yerləşən hədəflərin  raketlərlə vurulmasına çalışır və rəqibimiz üçün sürprizlər hazırlayırıq. İstəyirik ki, ehtiyatda olan əsgərlərimiz yüksək səviyyəli hazırlıq kursu keçsinlər." İsrailin baş qərargahında belə hesab edirlər ki, Tehranın nüvə obyektlərinin bombalanacağı təqdirdə İran hərbçiləri İsrail ərazisinə onlarla uzaq radiuslu ballistik raketlər buraxa bilərlər.

Digər xəbərlər