PDF Oxu

Dünya

  • 5

Obama amerikalılara milli yüksəlişin başlandığını bəyan edib

Obama amerikalılara milli yüksəlişin başlandığını bəyan edib
"Bloomberq" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın hakimiyyət dairələri ölkədə güclü islahatlar prosesinə başlamışlar. "Biz enişdən sonra yüksəlişə başlamış və üstümüzün tozunu çırpmışıq" prezident postunda 100-cü gününü başa vuran ABŞ prezidenti Barak Obama nitqinə bu bəyanatla başlamışdır. O, ölkə qarşısında duran çoxsaylı çətinliklərin olduğunu xüsusi vurğulamışdır.
"Tərəqqimizə sevinsəm də, sonadək sevinməyə hələ çox var. Mən gələcəyə inansam da, bu günün nailiyyətlərindən razı deyiləm" deyə B.Obama Missuri ştatının Arnold  şəhərinin vətəndaşları ilə görüşündə bildirmişdir.  B.Obama aprelin 29-da  Ağ Evdə keçirdiyi mətbuat konfransında donuz qripi epidemiyasının genişlənməsinə   toxunmuşdur. "Assoşieyted Press"in məlumatına görə, ABŞ prezidenti əhalini sayıqlığa çağırmış və xəstəliyin hər bir detalı haqqında dərhal məlumat verməyi tövsiyə etmişdir.
B.Obama öz nitqində Corc Buş administrasiyasının terrorizmlə bağlı sərt praktikasını tənqid etmiş, Pakistan, Əfqanıstan və İraqda baş vermiş hadisələri şərh edərək öz büdcə siyasətini ön plana çəkmişdir.  Məlum olduğu kimi, Konqresin hər iki palatası hökumətin federal xərcləri 3,4 trilyon dollar məbləğində olan gələn ilin büdcə layihəsini bəyənmişdir.   Bununla əlaqədar B.Obama millətin gələcəyinə qayğı ilə yanaşan qanunvericilərə öz təşəkkürünü bildirmişdir.
Prezident  postunda 100 günlük müddətinin başa çatdığı bir vaxtda B.Obamanın reytinqi kifayət qədr yüksək olmuşdur. Respublikaçıların 68 faizi onun işindən razı qalmışdır.

Digər xəbərlər