PDF Oxu

Dünya

  • 10

Türkiyədə 10 əsgər öldürülüb

Türkiyədə 10 əsgər öldürülüb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyənin cənubi-şərqində kürd silahlılarına qarşı keçirilən hərbi əməliyyatlar zamanı məsafədən idarə olunan qurğunun partladılması nəticəsində 10 türk əsgəri həlak olmuşdur.
Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir ərazisində kürd silahlılarına qarşı keçirdikləri hərbi əməliyyat zamanı aviasiya qüvvələri ordunu dəstəkləməkdə idi. Baş vermiş böyük terror aktı son aylarda Türkiyədə ən böyük partlayış hesab edilir.
Türkiyə ordusu və polisi uzun illər ərzində kürd separatçılarına qarşı mübarizə aparır. Keçirilmiş hərbi əməliyyatlar haqda mütəmadi məlumatlar verilir və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən terrorçular həbs edilirdi. Həbs edilənlərin sayı kifayət qədər çox olurdu. Bundan başqa Türkiyənin hərbi-hava qüvvələri qonşu İraq ərazisində mövqe tutan kürd separatçılarının düşərgələrinə aviasiya zərbələri endirirdi.
ABŞ və Avropa Birliyinin terrorçu təşkilatlar siyahısına saldıqları Kürdüstan Fəhlə Partiyası 1978-ci ildə yaranmışdı. Onlar müstəqillikləri uğrunda mübarizə apardıqlarını bəyan edirlər. Ötən 25 il ərzində kürd separatçıları ilə Türkiyə ordusunun qarşıdurması zamanı 40 min nəfərə yaxın insan həlak olmuşdur.

Digər xəbərlər