“Exit poll” nəticələrinə əsasən, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası yerli idarəetmə orqanlarına seçkilərdə liderdir. SİA bu barədə Rusiya mətbuatına istinad edir.
Müxalif “TV Formula” kanalının sifarişi əsasında Ameirkanın “Edison Research” təşkilatı tərəfindən aparılan “exit poll” nəticələrinə əsasən, “Gürcü arzusu” 46% səs toplayıb. Eks-prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası 33%, sabiq Baş nazir Georgi Qaxariyanın “Gürcüstan üçün” partiyası 6% səs toplayıb.








