PDF Oxu

Dünya

  • 1 846

Gör, nə günlərə qaldın, “Barselona”!

Klubun Kumanı qovmaq üçün pulu yoxdur?

Gör, nə günlərə qaldın, “Barselona”!

Əslində, Madriddəki nəticədən asılı olmayaraq Ronald Kumanın “Barselona”nın baş məşqçi postundan qovulacağı gözlənilirdi.

Ancaq maraqlıdır ki, hələ oyundan bir neçə saat əvvəl klubun prezidenti Joan Laporta açıqlama verərək “Atletiko” ilə oyunun nəticəsindən asılı olmayaraq Kumanın qalacağını bildirmişdi. Amma bu da maraqlıdır, niyə?

Deməli, Laportanın bu qərarı müxtəlif yollarla şərh oluna bilər:

-işdən çıxarılacağı təqdirdə Hollandiyalı məşqçinin 12 milyonluq cəriməsi üçün pul olmaması,

-ehtimal olunan əvəzləyici ilə razılığın olmaması,

-möcüzəyə inam və s. və ilaxır.

…“Kadis”lə oyunda qırmızı vərəqə alaraq cəzalanan və “Atletiko” ilə oyunu tribunadan izləyən Kuman, mavi garnetin məşqçisi olaraq son dəfə stadionu tərk edəcəkdi? Axı, məşqçi skamyası artıq onunla əlaqəli deyil. Ancaq bu baş vermədi…

Belə görünür ki, Kumanı 12 milyonu almaqda israrlıdır. Yoxsa, bu qədər tənqidlərə baxmayaraq, çoxdan istefa verərdi.

Ağasəf

Digər xəbərlər