Efiopiyada humanitar vəziyyət avqust ayından daha da pisləşib. Bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.Onun sözlərinə görə, Tiqray, Amhara və Afar əyalətlərində 7 milyona qədər insanın ərzaq yardımına və digər təcili dəstəyə ehtiyacı var:“Təkcə Tiqrayda təxminən 500 min insan aclıq şəraitində yaşayır. Bu əyalətlərin hamısında humanitar yardım hələ də çatışmır”.Qeyd edək ki, bu ilin sentyabrında BMT-nin Dünya Ərzaq Proqramı qarşıdakı 6 ayda Efiopiyada, xüsusən Tiqray regionunda 5,2 milyon insanın aclıq fəlakəti ilə qarşı-qarşıya qalması ilə bağlı xəbərdarlıq edib. Təşkilat fəlakətin qarşısını almaq məqsədilə 426 milyon ABŞ dolları məbləğində vəsaitə ehtiyac olduğunu bildirib.Tiqray əyalətində ötən ilin noyabrından etibarən üsyançı qüvvələrlə hökumət ordusu arasında silahlı qarşıdurmalar başlayıb. Bunun nəticəsi olaraq yüz minlərlə insan evlərindən didərgin düşüb. Ardınca isə Tiqray da daxil olmaqla, Afar və Amharada aclıq başlayıb
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...