“Yavuz” üzən kəşfiyyat-qazma gəmisi Qara dənizdəki ilk missiyasından əvvəl Zonguldak vilayətinin Çaycuma qəsəbəsinə bağlı Filyos bölgəsindəki limana çatıb. SİA türk mediasına istinadən xəbər verir.
Qara dənizdə qazma işləri aparmaq üçün oktyabrın 6-da İstanbul Haydarpaşa Limanından yola salınan "Yavuz" kəşfiyyat-qazma gəmisi Filyos qəsəbəsinə gedib.
Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus TCG Tuzla patrul qayığının qazma işləri üçün Qara dənizə hərəkət edən "Yavuz" kəşfiyyat-qazma gəmisinə İstanbul boğazından keçişi zamanı müşayiət etdiyi bildirilib.
"Yavuz" kəşfiyyat-qazma gəmisi "Fatih" və "Kanuni" kəşfiyyat-qazma gəmilərinin yaxın günlərdə qazma və sınaq fəaliyyətlərini davam etdirdiyi Qara dənizdə xidmət göstərəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...