…İndi də deyirlər ki, o vaxt Ararat Mirzoyan “pota balası” kimi döyülsə də, amma yenə əməlindən qalmır. Yəni boyundan yuxarı tullanmaqda davam edir. Budur, bu da onun “əməli fəaliyyətinin” nəticəsi, yəni bu gün Ermənistanın xarici siyasətindəki mövcud xaotik və nizamsız vəziyyət daha da pisləşib. Yox, guya Ara Ayvazyan xarici işlər naziri olanda Ermənistanın xarici siyasəti “belə qaranlıq” deyilmiş. Amma Ararat Mirzoyan gəlib hər şeyi bərbad eləyib.
Ermənilərin dediyinə görə, gör, Mirzoyanla vəziyyət hansı həddə çatıb ki, bu gün heç bir erməni Ermənistan xarici işlər nazirinin müvini olmaq istəmir. Yəni bu gün Ermənistanda az-çox siyasətlə məşğul olan ermənilərin əksəriyyəti Mirzoyanın hansı bilik və qabiliyyətə sahib olduğunu yaxşı bilirlər. Ona görə də, heç kim ona müavin olmaq istəmir deyə, bu gün hələ də müavinləri olmadan “işləyir”. Hətta maraqlıdır ki, daha çox arxalandığı baş nazir Nikol da ona müavin tapmaqda hələ ki, çətinlik çəkir.
Ermənilər üçün “ağrılısı” da budur ki, heç bir diplomatik təcrübəsi olmayan Mirzoyan kimi biri bu gün Ermənistanın xarici siyasətini “müəyyən edir”. Onlar, bunun erməni tarixində ilk olduğunu deyirlər. Guya bundan əvvəlki erməni diplomatları yalan siyasətlə da olsa, heç olmasa dünyanın diqqətini ermənilər tərəfə yönəldə bilirmişlər. Amma indikilər...
Yəni bu gün Ermənistanda diplomatik təcrübəsi olan mütəxəssislər karyera diplomatının deyil, siyasətçinin nəzarəti altında işləməyə məhkum edilirlər. Təbii ki, bu da xarici əlaqələr sistemindəki qeyri-müəyyənlik və gücsüzlük Ermənistan kimi bir ölkə üçün son dərəcə baha başa gəlir.
...Hər hansı bir sivil ölkə, ingilis dilini yaxşı bildiyinə görə sıfır diplomatik təcrübəsi olan birini ABŞ-a səfir təyin etmək qərarına gələ bilərmi? Təbii ki, ermənilər bu dəfə Lilith Makuntsu hədəfə götürürlər. Deyirlər ki, bu şəxs Vaşinqtona gəldikdən sonra yerli erməni lobbiçilik təşkilatları tərəfindən ümumi boykotla qarşılansa da, amma vəzifəsini daşımaqda israrlı olub. Üstəlik, səfirlik qarşısında dinc nümayiş keçirmək üçün yığılan həmvətənlərini - gənc erməniləri dağıtmaq üçün Amerika polisini də çağırmağı özünə ar bilməyib.
Qeyd edək ki, bu gün ermənilər, təkcə ermənilərmi... Ararat Mirzoyanın erməni siyasıtinə rəhbərlik etməsini bu ölkədə kəskin kadr çatışmazlığı ilə əlaqələndirirlər. Bundan əlavə onun ABŞ -ın Ermənistandakı səfirinə çox yaxın olduğu da bildirilir. Bundan əlavə, onun Qərb adamı olduğuna dair güclü inanc olduğu da deyilir.
Yeri gəlmişkən deyim ki, yəqin yadınızda olar: vaxtilə Mirzoyan xarici işlər naziri təyin edilərkən bir çox erməni siyasətçi və erməni diaspor üzvləri biri-birilərinə istehza ilə müşayət edilən belə bir sual ünvanlamışdılar: “...görən, Mirzoyanın xarici işlər naziri təyin edilməsi ilə Ermənistanın xarici siyasətində nə dəyişəcək?”
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...