Vəhşi heyvanların COVID, SARS və Ebola kimi ölümcül xəstəlikləri insanlara yoluxdurduğu məlumdur. SİA-nın NTV-ə istinadən verdiyi xəbərə görə, "World Animal Protection" ( Dünya Heyvanlarının Müdafiəsi) təşkilatı tərəfindən hazırlanan yeni hesabatda yarana biləcək hər hansı bir epimdemiyanın qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin qəti şəkildə görülmədiyi bildirilib.
"Riskli vəziyyət: Perunun vəhşi yaşam bazarları heyvanları və insanları necə təhlükəyə atır?" başlıqlı hesabatda Peru Amazonunda vəhşi yaşam satan ən böyük açıq hava bazarı Belen kimi şəhər bazarlarından bəhs edilib.
Belendəki heyvan və quşlar əsasən qida olaraq istehlak edilməsi məqsədilə satılır. Lakin bu canlıları lüks ev heyvanları kimi, həmçinin tibbi və dekorativ istifadə məqsədilə alanlar da olur.
Hesabatda bildirilib ki, satışa çıxarılan hər 10 heyvan növündən birinin nəsli kəsilmək üzrədir.
Burada çəkilən daxili orqanları kəsilmiş, pəncələri qopardılmış, dəriləri soyulub asılmış heyvanların və kəsilərək üst-üstə yığılan meymun ətlərinin fotoşəkilləri insanı şoka salır. Bəzi heyvanları isə ekzotik ev heyvanları bazarında satmaq üçün metal qəfəslərə tıxışdıraraq dəhşətli şəraitdə saxlayırlar.
Hesabatda bəhs edilən qorxunc nümunələrdən bəziləri bunlardır:
World Animal Protection təşkilatının nümayəndəsi Gilbert Sape mövzu ilə bağlı açıqlamasında bildirib ki, belə bazarlara gəlmək bu cəmiyyətdəki bir çox insan üçün çox vacibdir. Lakin sözügedən bazar insanların sağlamlığı ilə ölümcül qumar oynayır. Çirkli qəfəslərdə saxlanılan immun sistemi çökmüş heyvanlar və bakteriyalarla zəngin leşlər sağlamlığımız üçün böyük təhlükə yaradır. Bu kimi bazarlarda ölümcül xəstəliklərin yayılması üçün kifayət qədər şərait var. Bariz bir nümunə kimi hər gün insan həyatına son qoymaqda davam edən Covid-19 pandemiyasını göstərmək olar.